Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Əminə Ərdoğanın “Başqa əsir varmı?” sualına Əliyevin cavabı: “Var, var…” - Video

Dünən Füzuli rayonundan Şuşaya gedərkən Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin birinci xanımı Əminə Ərdoğan arasında maraqlı diaolq olub.

Söhbət zamanı İlham Əliyev minalarla bağlı məlumat verib. Dioloqdan həmin hissələri təqdim edirik:

İlham Əliyev Füzuli haqda danışır:

Prezident İlham Əliyev: Həm də buralar minalarla doludur.

Əminə Ərdoğan: O dirəklərin olduğu yerlər minalıdır?

Prezident İlham Əliyev: Bəli, burada yoldan sağa-sola çıxmaq olmaz. On beş əsir verdik və Ağdam rayonundakı bütün minalanmış ərazilərin xəritəsini aldıq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Nə zaman oldu?

Prezident İlham Əliyev: Bu ayın 12-də oldu.

Prezident Rəcəb Tayyib Ərdoğan: Deməli, bu günlərdə olub.

Prezident İlham Əliyev: Bəli. Amma heç bir imzalanma olmadı.

Prezident Rəcəb Tayyib Ərdoğan: Verdikləri xəritələrdə minalanmış yerlər doğru çıxdı?

Prezident İlham Əliyev: Bəli, doğrudur. Çünki amerikalılar zamin durdular. Ağdam rayonu üzrə 97 min minanın xəritəsini bizə verdilər.

Prezident Rəcəb Tayyib Ərdoğan: 97 min?

Prezident İlham Əliyev: Bəli, 97 min. Təkcə bir rayonda. Müharibə qurtarandan sonra bizdə 144 nəfər mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Onlar xəritələri vermirdilər. Baxın, bütün binalar dağıdılıb. Otuz il ərzində binaların hamısını dağıdıblar.

***

Prezident Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın aldığı xəritələrdə minaların sayının bu qədər çox olduğunu bilmirdim.

Prezident İlham Əliyev: Təkcə bir rayonda.

Prezident Rəcəb Tayyib Ərdoğan: Rəqəm nə qədər idi?

Prezident İlham Əliyev: 97 min.

Prezident Rəcəb Tayyib Ərdoğan: 97 min mina.

Prezident İlham Əliyev: Onların 54 mini tank əleyhinə, qalanı isə piyadalar əleyhinə minalardır.

***

Prezident İlham Əliyev: Minalanmış ərazilərin hamısının xəritələrini alsaq, o bizə böyük üstünlük verəcək. Çünki olmasa, bu, bəlkə də on il çəkər. Çünki hər tərəfi minalamışlar.

Əminə Ərdoğan: Başqa əsir varmı?

Prezident İlham Əliyev: Var, var.

Əminə Ərdoğan: Hissə-hissə.

Prezident İlham Əliyev: İyunun 4-də içərisində mətbuat nümayəndələri də olan “KamAZ” Kəlbəcərdə minaya düşərək partladı, üç nəfər öldü. İkisi mətbuat nümayəndəsi, biri isə valiliyin nümayəndəsi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

İcra başçısının əməli etiraza səbəb oldu – Video

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Ən çox oxunanalar