Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Emin Əmrullayev pandemiyanın təhsilə mənfi təsirlərindən danışdı - Foto

"Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var".

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu”da çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, pandemiya emosional və elmi qərarlar arasında böyük fərqin olmasını öyrədib:

“Qərarlar emosional müstəvidə deyil, digər göstəricilər əsasında verildi. Qərarların hazırkı şəraitdə Azərbaycanı fərqlənən ölkə qismində göstərə bildi. Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik”.

Nazir qeyd edib ki, təhsil və elmi siyasətin qarşısında hər zaman xeyli məqsəd dayanır:

“Pandemiya dövründə distant təhsillə bağlı əlçatanlıq yeniliyi öyrənildi. Distant təhsil sisteminin özündə mənfi və müsbət mənada bir çox halları var. Distant təhsildə bir qisim öyrənmə təmin etmək olur, amma təbii ki, ənənəvi təhsilin yerini tam verə bilmir. Heç də bütün sahələrdə distant təhsillə istənilən keyfiyyəti əldə edə bilmirik. Keyfiyyət olmadan distant təhsil barədə danışmaq yarım qalır”.

“Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir. Əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir”,- deyə o əlavə edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Nikol Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - Video

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Kəmaləddin Heydərov müavinini vəzifəsindən kənarlaşdırdı

Türkiyənin Ukrayna məsələsindəki mövqeyi hara doğru dəyişir?

Ən çox oxunanalar