Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Emin Ağalarov Leyla Əliyeva ilə boşanmasından danışdı: “Atama deyəndə dedi ki...”

“Bizim boşanmağımız haqda hamı KİV-dən öyrəndi. Atama boşandığımızı deyəndə söylədi ki, axmağam”.

PİA.az Yenisabah-a istinadən xəbər verir ki, bunu Məşhur ifaçı Emin Ağalarov Kseniya Sobçaka müsahibəsində deyib. O, qeyd edib ki, hazırda Leyla Əliyeva ilə münasibətləri yaxşıdır:

“Biz bacı-qardaş kimi olmuşuq. Müntəzəm olaraq zəngləşirik, şəxsi və şəxsi olmayan mövzuları müzakirə edirik. İlk gündən münasibətlərimiz isti idi, bundan qazanan uşaqlar oldular.

Biz ortaq qərarla düzgün yol seçdik. Bu gün Leyla ilə olan münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Hesab edirəm ki, bir dövr olub ki, o məndən inciyib.

O vaxt mənim Azərbaycanda heç bir biznesim yox idi. Həmişə prezident tərəfdən tam dəstək hiss etmişəm, indi də elədir. Hətta qürrələnə bilərəm - cənab prezident bir neçə il əvvəl mənə Azərbaycanın Xalq artisti adını verib. Həmin vaxt biz artıq Leyla ilə ayrılmışdıq. Bu, onun şəxsən imzaladığı yüksək mükafatdır və buna görə ona minnətdaram”.

E. Ağalarov daha sonra Alyona Qavrilova ilə boşanmasından da danışıb:

“Problem daha çox məndə idi, həyat tərzimdə, dünyagörüşümdə. Kənardan elə görünür ki, mənimlə asandır, amma əslində belə deyil. Yəqin ki, istənilən qadına mənimlə çətin olar. Hər şey mən istədiyim kimi olmalıdır, başqa cür ola bilməz. Beynim hər şeyi anlayır, ancaq güzəştə gedən adam kostyumu geyinmək hələlik mənlik deyil. Bu istiqamətdə işləməyə başlamışam. Beynimi qurdalamağa başladım, psixoloqa getdim, o da mənə kömək etməyə çalışır”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yatdı – Foto

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Ötən ay atasından, bu ay isə özündən prokurorluğa şikayət olunan deputat

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Ən çox oxunanalar