Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar mədəniyyət xadimi Rauf Dadaşov vəfat etdi

Əməkdar mədəniyyət xadimi, animasiya filmlərinin rəssamı Rauf Dadaşov fevralın 8-də 76 yaşında dünyasını dəyişib...

PİA.az Oxu.Az-a istinadən bildirir ki, bu barədə rəssamın qardaşı qızı, Azərbaycan Memarlar İttifaqının “Memar” jurnalının məsul redaktoru Səbinə Dadaşova özünü “Facebook” səhifəsində yazıb.

Rauf Dadaşov 4 noyabr 1944-cü ildə anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1975-ci ildə Moskvada rəssam-multiplikator ixtisası üzrə kurs bitirib.

O, 1970-ci ildən “Azərbaycanfilm”də, 1990-cı ildən isə “Azanfilm” studiyasında rejissor-rəssam-animasiyaçı işləyib. Rauf Dadaşov Ağanağı Axundovun (“Mənim cücələrim”), Firəngiz Qurbanovanın (“Anam ağaca çıxıb”), Elçin Axundovun (“Cavanşir”), Əsgər Məmmədovun (“Lovğa fil balası”), Arif Məhərrəmovun (“Yatmaq vaxtıdır”), Rafiz İsmayılovun (“Yer üzü”), Vahid Talıbovun (“Lağım”), Bəhmən Əliyevin (“Cırtdan-pəhləvan”), Hafiz Əkbərovun (“Sehrli çıraq”), Məsud Pənahinin (“Xoruz”) filmlərinin animatoru olub.

2006-ci ildə Rauf Dadaşov “Qarğa balası və özgə yuvası” filminə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ən yaxşı multiplikasiya filmi” nominasiyasında “Qızıl Çıraq” mükafatının laureatı olub.

Rauf Dadaşov 2008-ci ildə Əməkdar mədəniyyət xadimi adına layiq görülüb. Elə həmin il Sara Nəzirovanın ssenarisi əsasında “Siçan və pişik” filmini çəkib.

pia.az


Etiket: Rauf Dadaşov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar