Çərşənbə axşamı, 19 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ÜST nümayəndələri ilə görüş keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Sahil Babayev bildirib ki, Azərbaycanda köməkçi texnologiyalar (reabilitasiya vasitələri, o cümlədən təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) ilə təminat sistemi ildən-ilə gücləndirilir.

O, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısını vurğulayıb.

Nazir bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və reabilitasiya imkanlarının artırılması üçün atılan mühüm addımları diqqətə çatdırıb. O, son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verildiyini, bu il uşaqlar üçün bölgələrdə iki reabilitasiya mərkəzinin də açılacağını deyib.

S.Babayev cari ilin 8 ayında reabilitasiya müəssisələrində əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərildiyini, 7 min şəxsə 30 min reabilitasiya vasitəsi təqdim edildiyini bildirib. Ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminata başlandığını, Vətən müharibəsi əlillərindən artıq 142 hərbçinin son nəsil elektron protezlərlə təmin olunduğunu qeyd edib.

Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına ötən il 23 yeni növün də daxil edildiyini bildirən nazir siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının artıq 57-yə çatdığını diqqətə çatdırıb.

S.Babayev əlillik və reabilitasiya sahələrində islahatlarda, o cümlədən əlilliyin qiymətləndirilməsi meyarlarının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsində ÜST ilə fəal əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, mövcud əməkdaşlıq gündəliyində ölkəmizdə köməkçi texnologiyalar - reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi və əhatəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərlə yanaşı, digər kateqoriyalara aid şəxslərin (o cümlədən yaşlıların, xroniki xəstəlikləri olan insanların, yaralanmış şəxslərin və b.) ehtiyaclarına uyğun həmin vasitələrə əlçatanlığının artırılması da mühüm yer tutur. Bununla bağlı ehtiyaclar səviyyəsi, tələbat və təklif haqqında məlumatlar bazasının formalaşması üçün qiymətləndirmələr, habelə prioritet köməkçi reabilitasiya vasitələrinin milli siyahısının hazırlanması işləri aparılır.

Səhiyyə nazirinin müavini Rəhim Əliyev və ÜST-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı fikirlərini bölüşüblər. Köməkçi texnologiyalar, reabilitasiya vasitələrinə əlçatanlığın müvafiq kateqoriyalardan olan şəxslərin öz funksionallığını, sağlamlığını və rifahını qorumalarında önəmi, bu vasitələrə ehtiyacların müəyyən edilməsi üçün aparılan qiymətləndirmənin əhəmiyyəti vurğulanıb.

Görüşdə qeyd edilən qiymətləndirmə üzrə aparılan işlərin nəticələri müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda "Prado" polisi vurub öldürdü - Hadisə anının videosu

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

Azərbaycanın İrana narkotik ittihamı və alınan cavab... - Özünü geosiyasi dalana soxan Tehran geri addım atır?

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

General-mayorun 8 milyonluq mülkləri – Arvadının, qızının, oğlunun saysız əmlaklarının siyahısı

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

Saxlanılan beş erməni İrəvana təhvil verilir - Foto

Azərbaycanlı məşhurların 100-340 min manatlıq lüks avtobmobilləri - Video

Nazir iki rayona yeni polis rəisləri təyin etdi - Foto

Ən çox oxunanalar