Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Son vaxtlar Akademiyada yaranmış dözülməz vəziyyətlə bağlı geniş müzakirələr aparılır. Vaxtı ilə mən “Donqli akademiklər” adlı bir məqalə yazıb bunun səbəblərin göstərmişdim. Amma indi Akademiya özü başdan ayağa donqliləşib. Səbəbləri və kokləri xeyli dərindir. Ən böyük səbəb isə AMEA-nın yerliçilik mərəzinə tutulmasıdır. Adamlar utanmadan bu yerliçiliyi edirlər, amma bunu deyənləri də qızarmadan bölücülükdə, ayrıseçkilikdə ittiham edirlər.

Bir anlığa təsəvvür edin AMEA-nın prezidenti Ramiz Mehdiyev Naxçıvanlı, Birinci vitse-prezident Arif Həşimov Naxçıvanlı, Humanitar və İctimai elmlər bölməsinə baxan İsa Həbibbəyli Naxçıvanlı (bu yaxınlara qədər o da birinci-vitse prezident idi), biologiya elmləri bölməsinə baxan vitse-prezident İradə Hüseynova Naxçıvanlı. Rəhbərlikdə təmsil olunan dördündən ən azı ikisi də cümlə bisavad. Daha nə qaldı? Azərbaycanın digər regionlarından elmlə məşğul olan istedalı alimlər yoxdur?

Bunlar elə mexanizm qurublar ki, Naxçıvan Universiteti və Akademiyanın Naxçıvan filialında elmlər doktoru müdafiə edib akademik seçilməyən kimsə qalmayıb. Doktor oldunsa növbəti seçkidə ən azı müxbir üzv yerin var. Naxçıvan filialı üçün ayrıca yer verirlər. Hansı elm sahəsi üzrə doktor varsa məxsusi ona görə. Amma axı o, Naxçıvan filialının akademiki olmur, olur AMEA-nın akademiki və həqiqi alimlərin taleyini həll edir. Mən parlamentdə olanda bu məsələni qaldırdım. Dedim ki, bir izah edin nəyə görə AMEA-nın Naxçıvan filialı ola bilər, amma Gəncə filialı ola bilməz? Sonra Gəncə filialını da açmalı oldular.

Həmin vaxt Naxçıvanın akademikləşdirilməsin Muxtar Respublikanın blokada olması ilə izah edirdilər. Mən dedim ki, Naxçıvan blokadadırsa oradakı elmi işçilərə, elmlər namizədləri və elmlər doktorlarına iki dəfə artıq əmək haqqı verin. Amma bir bölük bisavadı gətirib Akademiyanın həqiqi və müxbir üzvü etməyin. Olmadı. İndi yerliçiyin eybəcərlik əmsalına görə Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elə ciddi bir fərq qalmayıb.

İndi Naxçıvanda ağır vəziyyət yaranıb, bir nəfər də akademik olmayan elmlər doktoru tapa bilmirlər. Nəticə çox acınacaqlıdır. AMEA həqiqi elm ocağı funksiyasını artıq çoxdan itirərək regional bir quruma çevrilib. Yəni donqliləşib.

Əlbəttə, bu hamıya aid deyil, Naxçıvandan elmə töhvə vermiş çox böyük alimlər çıxıb və indi də var. Amma bir anlığa müqayisə edin: bir vaxtlar Yusif Məmmədəliyevin rəhbərlik etdiyi Akademiyaya indi Ramiz Mehdiyev rəhbərlik edir, bir vaxtlar Məmməd Cəfərin rəhbərlik etdiyi ictimai-humanitar elmlər bölməsinə indi İsa Həbibbəyli rəhbərlik edir. Bax fərq bu qədərdir, elmin bu fərqə nisbəti də bu qədərdir. Qanı damara görə alarlar, əgər Akademiyanın qan dövranı pozulubsa, bu adamları çərtməklə qan çıxmaz, çıxsa da dərdə dəyməz.

Bu gün bir sayt yazır ki, İsa Həbibəyli həm millət vəkili, həm Ədəbiyyat İnstitutunun direktoru, həm də AMEA-nın vitse-prezidenti kimi maaş alır. Amma iş bununla bitmir axı. İsa Həbibbəyli həm hümanitar elmlər, həm də ictimai elmlər üzrə elmi şuraların da sədridir. Ölkədə işsizliyin bu qədər geniş yayıldığı bir vaxtda xüsusi istedadı olmayan bir adam görün neçə “elmi və siyasi” postu “idarə” edir. Təsəvvür edin ki, bir vaxtlar Heydər Hüseynovun, Səməd Vurğunun, Məmməd Arifin, Məmmədağa Şirəiyevin, Məmməd Cəfərin, Ağamusa Axundovun rəhbərlik etdiyi bu bölmələrə İsa Həbibbəyli rəhbərlik edir. Mirzə Cəlil sağ olsaydı öz “tədqiqatçısına” duzlu bir felyeton yazardı, istiotunu da bol edərdi. Sonra da soruşurlar ki, elm niyə bu günə düşüb? Daha sonrada soruşurlar ki, “hörümçək” sözü izahlı lüğətdən niyə düşüb? Bütövlükdə AMEA özü hörümçək toruna düşübsə, hörümçəyin izahlı lüğətdən düşməsinə niyə təccüblənirirsiniz?

(Cəmil Həsənli, tarixçi alim)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İstanbulun mərkəzində atışma - Tanınmış Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi - Video, Yenilənib

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - Fotolar

“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

ADAU-da nəğmə müəllimi tarix fənnindən dərs deyir - Tələbələr prezidentə müraciət etdi...

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar

“Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

Ölkədə aparılan kadr islahatları... - Yeni kadrlar gözləntiləri doğruldurmu?

Aleksey Navalnıy: “Ordusu və nüvə silahı olan bu qəddar dəli necə dayandırılacaq?”

“Trampçılar” və Ukrayna savaşı – ABŞ-ın siyasi kulislərində nələr dönür?..

“Poz, qazan” və bu tipli digər oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər

Qoşqar Təhməzli hökumətin təbliğatını necə alt-üst etdi? – AQTA haqda inanılmaz iddialar

Ən çox oxunanalar