Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Aİ rəsmisini bölgədəki gərginlik barədə məlumatlandırıb

Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub...

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, bu hərbi təxribatın qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə Aİ rəsmisini məlumatlandırıb.

Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geo-strateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.

C.Borel Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar