Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır

Əlilliyi olan şəxslərin əmək bazarına və biznes mühitinə çıxış, məşğulluq və cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün Virtual İnnovasiyalar Parkının yaradılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Virtual İnnovasiyalar Parkı layihəsinin konsepsiyası hazırlanıb.

Bu virtual platforma əlilliyi olan şəxslərin inklüziv əsasda məşğulluğuna, onların biznes ideyalarının, innovativ təklif və təşəbbüslərinin, startaplarının üzə çıxarılaraq reallaşdırılmasına, habelə onlayn satış imkanlarının artırılmasına dəstək verəcək. Hər bir istifadəçi üçün fərdi elektron kabinetin yaradılması nəzərdə tutulub. Bu vasitə ilə əlilliyi olan şəxslər həm də onlayn kitabxanalardan, asudə vaxtlarını səmərəli keçirmələri üçün virtual şəraitdən istifadə edə biləcəklər.

Virtual İnnovasiyalar Parkında onlar üçün təlim-tədris, beynəlxalq konfranslarda iştirak, onlayn psixoterapiya və psixoloq məsləhəti imkanlarının yaradılması, əlilliyi olan şəxslərin ideya bankının formalaşdırılması və s. də nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar