Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı bəyanatı İranla gərgin münasibətləri dəyişəcək?

Dünən İranın Ali Dini liderinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı bəyanatla çıxış edib...

Politoloq: “İran dövlətinin Azərbaycana qarşı yürütdüyü siyasət on illərdir, elə bir şərait yaradıb ki, bu ölkənin rəsmilərinin sözlərinin bizim üçün artıq dəyəri qalmayıb”.

“Vilayətinin əlacsızlıqdan deyilmiş bir-iki xoş sözü ancaq üçün gülüş doğurur”.

Bu sözləri politoloq Azər Qasımov İranın Ali Dini liderinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı verdiyi bəyanatı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İranın Ali Dini liderinin müşaviri Əli Əkbər Vilayəti dünən Azərbaycanla bağlı bəyanat yaydı. İranın xarici siyasətdəki önəmli isimlərindən biri olan Vilayətinin bu müraciətini necə dəyərləndirmək olar?

İran-Azərbaycan münasibətlərinin son durumunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Biz nə ermənidən, nə də rusdan heç vaxt incimirik, çünki onların bizə düşmən olduğunu bilirik. Amma İran rejimini də artıq onların cərgəsində görürük”.

Azərbaycanın artıq İrana güvənmədiyini vurğulayan politoloq bildirib ki, Tehran Bakıya qarşı həmişə qeyri-səmim və hiyəgərcəsinə davranıb:

İran dövlətinin Azərbaycana qarşı yürütdüyü siyasət on illərdir, elə bir şərait yaradıb ki, bu ölkənin rəsmilərinin sözlərinin bizim üçün artıq dəyəri qalmayıb. Bütün Azərbaycan xalqı İranın hərəkətlərinə bir anlam verə bilmir. Məsələ ondadır ki, müstəqilliyimizin ilk günlərindən, hətta ondan da qabaq Azərbaycan xalqı birinci İranla olan sərhəd dirəklərini yıxdı, ilk olaraq güneyli qardaşlarımızın yaşadığı İrana üz tutduq, onlarla əlaqələr qurmağa can atdıq. Bunu da İranı özümüzə dost və qardaş ölkə bildiyimiz, heç bir başqa fikirlər olmadan etdik. Arazın o tayında yaşayan qardaşlarımızı və mövcud olan İran dövlətini özümüzə doğma hesab etdik.

Tezliklə və sadəlövcəsinə əlaqələrin qurulması və gediş-gəliş üçün İrana üz tutduq. İran isə hiyləgərcəsinə Azərbaycanın sovetdən qalan mal-qarasını, rəngli metallarını alıb, əvəzində bizə saqqız göndərdi. Bu, olsa, dərd yarı idi, sonralar İran Azərbaycana narkotik, dini ideologiya, terrorçu qruplar göndərməyə başladı, işğal altında olan ərazilərimizin talan edilməsini ermənilərlə birlikdə həyata keçirdilər. Son hadisələr isə hamının gözü önündədir.

İndi bu durumda Vilayətinin əlacsızlıqdan deyilmiş bir-iki xoş sözü ancaq gülüş doğurur.

Azər Qasımov: “Azərbaycanla düşmənçilik edənlərin aqibəti göz önündədir. İran da bu aqibəti gec-tez gözə almalıdır”.

Azərbaycan xalqı əvvəlki sadəlövh xalq deyil. Kimin kim olduğunu artıq yaxşı bilir.
Biz nə ermənidən, nə də rusdan heç vaxt incimirik, çünki onların bizə düşmən olduğunu bilirik. Amma İran rejimini də artıq onların cərgəsində görürük. Odur ki, İrandan da incimirik.

Ancaq, artıq İrana da güvənmirik. Bu ölkənin önəmli isimlərinin müraciətlərini də qəbul etmirik. Bunu vaxtında fikirləşmək lazım idi.

Azərbaycanla düşmənçilik edənlərin aqibəti göz önündədir. İran da bu aqibəti gec-tez gözə almalıdır. Böyük Azərbaycan yaranandan sonra Vilayəti kimi isimlərin müraciətlərini Azərbaycan xalqı qarşısında kiçik xalq olan farsların taleyini həll edəndə, Vilayətinin də fikirlərini nəzərə alarıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar