Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Elektron xidmətlərdən süni intellektə: Azərbaycanda mövcud vəziyyət və perspektiv gözləntilər

Yaşadığımız müasir dövrdə elektron xidmətlər ictimai həyatın bütün sahələrində əvəzsiz rola malikdir. Bu baxımdan “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilən ən önəmli layihələrdən biri də “Elektron Hökumət” (“e-hökumət”) layihəsi hesab oluna bilər.

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən ilki hesabatına əsasən, “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib. İnteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 min olduğu qeyd edilib. 2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-ci ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib.

Doğrudur, hazırda əksər hökumət qurumları elektron xidmətlər təklif etsələr də, əhaliyə xidmət modeli üzərində təkmilləşdirilməsinə ehtiyac olan sahələr də az deyil. Bu gün ölkəmizdə bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən fəaliyyət göstərir. Bu amili nəzərə alaraq, Prezident İlham Əliyev “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb. Bu fərman elektron hökumətin yaradılması üzrə işlərin surətləndirilməsində mühüm rol oynayıb. Çünki mövcud vəziyyətdə sosial təminat sahəsində aparılan geniş islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, sosial ödənişlərin təyinatında proaktiv xidmətlərin tətbiqi təcrübəsinin genişləndirilməsi vacibdir.

Dövlət qurumlarının xidmətlərinin elektronlaşması ilə bağlı vəziyyəti dəyərləndirən İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib ki, bu sahədəki mövcud gedişatı yaxşı hesab etmək olar. Belə ki, pandemiya dövründə vətəndaşlar tərəfindən elektron hökumət portallarına tələbatın artması müşahidə olunub:

“Tələbatın artması həmin portallara diqqətin çoxaldılmasına gətirib çıxarır. Bu səbəbdən dövlət qurumları elektron xidmətlərin təhlükəsizliyinə çox diqqət etməlidirlər. Burada əsas prinsip informasiya təhlükəsizliyinin təmin edilməsi və vətəndaşların həmin portallara maneəsiz daxil olmasıdır. Bununla əlaqədar İT İnfrastrukturun genişləndirilməsi, qiymətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi vacibdir. Bir çox dövlət qurumlarında təhlükəsizlik prinsiplərinə baxılmır. Həmin sistemlərin kiber cinayətkarlar tərəfindən ələ keçirilməsi risklərini nəzərə almırlar. Burada əsas risk vətəndaşların fərdi məlumatlarıdır. Vətəndaşların fərdi məlumatlarının qorunması üçün informasiya sistemlərinin gündəlik monitorinqi aparılmalıdır. İnsident baş verərsə, həmin insidentin dərhal müəyyən edilməsi və aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Buna görə də risklər qiymətləndirilməli, müəyyən qaydalar, prosedurlar və normativlər hazırlanmalıdır”.

İKT mütəxəssisi Elvin Abbasov isə vurğulayıb ki, əslində hər bir qurum prioritet sahələrini elektron xidmətlə təmin etməlidir:

“Hansı ki, bu sahələrə vətəndaşların tələbatı daha çoxdur. Daha sonra isə bütün xidmətlərin rəqəmsallaşması zəruridir. Proseslər avtomatlaşdıqdan sonra ağıllı sistemlər qurulmalıdır. Ağıllı olan birinci xidmət sahələri isə zamanla süni intellektlə təmin olunmalıdır. Çünki bəzi sahələrdə insan faktoruna ehtiyac yoxdur və süni intellekt məktuba geri dönüş edə bilər. Eektronlaşma ilə bağlı hazırkı ümumi vəziyyətə nəzər salsaq, məlumat mübadiləsi, fiber optik xətlərin çəkilməsi və digər proseslərdə müəyyən qədər işlər görülüb. Bu gün bəzi işlər fundamental olaraq dəyişir. Məsələn, hazırda internet xəttlərinin dəyişdirilməsi üzrə işlər həyata keçirilir”.

Tələbatı yüksək olan xidmətlərin elektronlaşdırılması ilə yanaşı, digər vacib məqam əhalinin rəqəmsal bacarıqlarının artırılmasını təmin edən addımların atılmasıdır. Bu gün vətəndaşlar arasında rəqəmsal bacarıqlarla bağlı ciddi problemlər mövcuddur. Xüsusən də əhalinin müəyyən təbəqəsi elektron xidmətlərdən istifadədə çətinlik yaşayırlar. Halbuki dövlət qurumlarında elektronlaşma vətəndaşların işini asanlaşdırmaq və ya bürokratik əngəlləri aradan qaldırmaq üçün çox vacibdir.

Vətəndaşlar arasında informasiya təhlükəsizliyi ilə əlaqədar maarifləndirmə təlimləri keçirilsə, bunun effektiv olacağını qeyd edən Asif Rzayev hesab edir ki, pandemiya zamanında çox insan məsafədən işlədiyi üçün İnformasiya Texnologiyalarının nə qədər vacib olduğu açıq şəkildə müşahidə olunub:

“Elekton xidmətlərdən istifadə ilə əlaqəli müəyyən təlimatlar dövlət qurumları tərəfindən hazırlanıb. Lakin ümumi təhlükəsizlik qaydaları barədə kiçik təlimatların hazırlanması yarana biləcək riskləri azaltmış olacaq. Həmçinin sosial media və televiziya vasitəsilə vətəndaşlarımızın maarifləndirilməsi çox yaxşı olar. Ümumilikdə elektronlaşma ilə əlaqəli günümüzdə gözəl işlər aparılır. İstər dövlət qurumları, istər özəl təşkilatlar İT-nin inkişafı üçün təkmilləşdirmə işləri aparırlar. Azərbaycanın rəqəmsal texnologiyaya uyğunlaşması əvvəlki illərə nisbətən bu gün daha yüksəkdir. Amma gələcəkdə qeyd etdiyim müəyyən problemlərin yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi mütləqdir. Dövlət qurumları və özəl təşkilatlar sistemlərinin kiber hücumlardan qoruması və sistemlərinin daim əlçatan olması üçün ən son texnologiyalardan istifadə etməsi daha uyğun olardı”.

Əsas məsələlərdən biri budur ki, bəzən bir qurumun daxilində vahid mərkəzin olmaması süründürməçiliyə gətirib çıxarır. Bunun bariz nümunəsini pandemiya dövründə açıq şəkildə gördük. Pandemiya dövründə müəyyən saatla evdən çıxan vətəndaşlar bir sənədi əldə etmək üçün bir neçə idarənin qarşısında saatlarla növbədə dururdu. 44 günlük müharibədən sonra xüsusən sağlamlığını itirmiş müharibə iştirakçıları vahid informasiya mərkəzinin olmaması ucbatından get-gələ düşdülər. Misal üçün, hərbi hissəsi Şuşada olan, sağlamlığını itirmiş şəxsdən həmin hərbi hissədən orada xidmət etməsi barədə arayış tələb olunurdu. Maddi və digər problemləri kənara qoysaq, şəxsin bir sənəd üçün Şuşaya gedib gəlməsi nə qədər doğrudur?! Yeri gəlmişkən, müharibədən sonra qazilər ən çox məhz bu məsələ barədə narazılıq edirdilər. Əlillik dərəcəsi almaq üçün bir qazi bir neçə qurumdan təsdiqləyici sənədlər yığmaq məcburiyyətində idi. Bu, haqlı olaraq narazılığa yol açırdı. Bu narazılıqdan sonra Müdafiə Nazirliyi Vahid Mərkəz yaradacağını bəyan etdi. Vahid Mərkəz sayəsində insanlar həm vaxta, həm də pula qənaət edəcəklər. Bu addımın vətəndaşların dövlət qurumuna qarşı narazılığını aradan qaldıracağı gözlənilir.

Azərbaycanda ən böyük problemlərdən biri də dövlət qurumları arasında əlaqələrin olmamasıdır. Məsələn, bir vətəndaş əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edir. Nazirlik isə vətəndaşı müxtəlif qurumlara yönləndirir ki, lazımi sənədləri toplasın. Bir anlıq düşünək, müxtəlif qurumlar arasında vahid informasiya bazası olarsa, vətəndaş nəyə görə qurumları qapı-qapı gəzməlidir?! Əgər elektron informasiya bazası olarsa, bu, həm rüşvətin azalmasına, həm də vətəndaşların xidmətlərdən rahat şəkildə yararlanmasına səbəb ola bilər.

Fotolar

İnanıram ki, bu ilin iyul ayında Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində keçirilən 4 günlük seminarlar elektron xidmətlərin daha da inkişaf etdirilməsi, o cümlədən vətəndaşların rəqəmsal bacarıqlarının yaxşılaşdırılmasına müsbət təsir edəcək. Belə ki, proqram çərçivəsində təlimçilərin elektron xidmətlər sahəsində əhalinin bilgilərinin daha da genişləndirilməsinə həsr olunan çıxışları ümidi daha da artırıb.

Qeyd: Bu məqalə 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.

Müəllif: Gülşən Şərif (“Yenicag.az”)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramin Bayramlı ilə bağlı şok faktlar:  Dövlətdən nələr oğurlayıb? - Araşdırma

Samir Şərifov "fövqəlnazir" olmaq istədi, iqtisadiyyatı "tank əleyhinə mina"ya saldı və...

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı: Hərəkət iflic olub

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

“İmkan versinlər, Aİ-95 gətirim, 1 manat 25 qəpiyə satım...” - İqtisadçı

Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?

Benzinin qiyməti qalxır... - Hökumət qiymətin artırılmasına niyə ehtiyac duyur?

Səhər saatlarında nazir Muxtar Babayevə görə hər gün Bakı-Sumqayıt yolunu bağlayırlar?! – Videofakt

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Ən çox oxunanalar