Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

“Prokurorluğun keçmiş deputat Eldəniz Səlimova qarşı AR CM-nin 309.2. Maddəsi ilə cinayət içi başlaması və onu təqsirləndirilən şəxs qismində cəlb etməsi tam olaraq əsassız və qanunsuzdur”.

Bu iddia ilə tanınmış vəkil Elçin Sadıqov çıxış edib.

Bildirib ki, həmin maddə ilə cinayət işinin açılması absurddu:
“Belə ki, AR CM-nin 309-cu maddəsində göstərilir:

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda -
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hələ də Femida və hüquq üçün çox qaranlıqdır ki, gecə saat 12:00-dən sonra restoranda deputatın hansı səlahiyyəti olub və o hansı səlahiyyət həddini açıq-aşkar kənara çıxan hərəkətə yol verib?

Qeyd edilməlidir ki, zorakılıqla bağlı həddi o zaman aşmaq olar ki, vəzifəli şəxsin zorakılıqla bağlı hər hansı bir səlahiyyəti olsun və o səlahiyyəti açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol verilsin.

Hazırda deputatın malik olduğu səlahiyyətlər arasında hər hansı bir fiziki zor tətbiq etmək səlahiyyəti olmadığı üçün onun əməli AR CM-nin 309.2. maddəsi ilə tövsif oluna bilməz.

Prokurorluğun mövqeyindən belə çıxır ki, AR CM-nin 308-ci maddəsinin qeydində göstərilmiş vəzifəli şəxssənsə sən adi cinayət törədə bilməzsən, 24 saat vəzifəli şəxssən. Bu absurddur. Halbuki hamı qanun qarşısında bərabərdir.

Prokurorluqdakı başlar da hər kəsi hüquqla, ümumbəşəri prinsiplərlə ittiham etməlidirlər”.(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar