Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Eldəniz Səlimov ölkədən qaçıb?

Azərbaycanda polisi döyməsi ilə cəmiyyətin kəskin qınağına tuş gələn deputat Eldəniz Səlimov telefonlarını söndürərək yoxa çıxıb. Artıq bir neçə gündür ki, onunla əlaqə saxlamaq mümkün deyil. Hətta deputat həmkarları da Eldəniz Səlimovdan xəbər tuta bilmirlər.

Qalmaqallı deputatın hazırda harada olması heç kimə məlum deyil.

Ölkə gündəmini silkələyən olay barədə danışan Milli Məclis üzvü Azər Badamov da E.Səlimovu tapa bilmir.

“Telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Harada olduğu haqqında heç bir məlumat yoxdur".

Əlaqə saxladığımız digər parlamentarilər də Eldəniz Səlimovun yerini bilmədiklərini söyləyiblər.

Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

Baş Prokurorluq onun deputat toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Bundan əlavə, məsələ ilə bağlı Milli Məclisin növbədənkənar iclası çağırılıb. (modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Məktəblərin “əl yandıran” bahalı qiymətləri: 68 min… - Siyahı

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

Pakistan Azərbaycana görə İrana xəbərdarlıq edib: "Elə etməyin ki, Tehrana qoşun yeridək"

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

Koronavirus xəstələrindən pulu necə alıblar? – Sensasion mesajlar üzə çıxdı

“Yeni Klinika”nın direktoru: "İpotekada olan evdən və bir maşından başqa nəyim var?"

Londonda meşəsi olan sabiq nazir indi haradadır? – Unudulan məmurlar

Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- Qudaların “işbirliyiİ”…

“Bandotdel” 20 nəfərlik narkotacir şəbəkəsini saxladı - Başçıları qadın olub - Foto

Ən çox oxunanalar