Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əks sınaq: Facebook, smartfonun batareyalarını qəsdən necə boşaldır?..

“Facebook”un keçmiş əməkdaşı Corc Heyvard bildirib ki, şirkət bilərəkdən mobil cihazların akkumulyatorunun sürətlə boşaldılmasına kömək edən təcrübələr aparır...

PİA.az xəbər verir ki, Hayvard bu barədə The New York Post qəzetinə danışıb. Bu sınaqla bağlı narazılığını bildirəndə isə onu sadəcə olaraq işdən çıxarıblar.

Dünyadakı ən böyük sosial şəbəkənin keçmiş əməkdaşı Corc Heyvard etiraf edib ki, şirkət öz proqramları vasitəsilə smartfonun batareyalarını bilərəkdən boşaldır. Onun sözlərinə görə, bunun üçün “mənfi test” deyilən üsuldan istifadə olunur.

Qəzet yazır ki, 33 yaşlı mütəxəssis istifadəçilərə yazılı mesajlar göndərməyə, eləcə də bir çox ölkədə ən vacib ünsiyyət vasitəsi olan telefon və ya video zənglər etməyə imkan verən Facebook Messenger proqramında işləyib.

Bir dəfə o, texnologiya şirkətlərinə istifadəçilərə məlumat vermədən tətbiq sürəti və ya təsvirin yüklənməsi kimi müəyyən xüsusiyyətləri sınamağa imkan verən “əks sınaq”la qarşılaşıb. “Bu cür “sınaqlar” mobil cihazların batareyasının sürətlə boşalmasına səbəb olur”, deyə Corc Heyvard bildirib.

“Mən menecerə dedim ki, bu kiməsə zərər verə bilər” və o dedi ki, bir neçə nəfəri incitməklə çoxlarına kömək edə bilərik”, deyəi Heyward nəşrə açıqlamasında qeyd edib.

Daha sonra Corc Heyvard bu cür testlərdə iştirak etməkdən imtina etdiyi üçün tutduğu vəzifədən qovulub və bundan sonra o, Manhetten Federal Məhkəməsində sosial şəbəkəyə qarşı iddia qaldırıb. İşdən çıxarılmasına səbəb olan layihədə iştirakdan niyə imtina etdiyini soruşduqda, Heyvord cavab verib ki, özünə hörmət edən hər bir mütəxəssis belə münasibətin qəbuledilməz olduğunu bilir.

Xüsusi məlumatların öyrəniməsi üzrə aldığı pula dəyən hər bir peşəkar mütəxəssis bilir ki, öz işi çərçivəsində başqalarına ziyan vura bilməz”, deyə mütəxəssis bildirib

İddia ərizəsində Heyvord insanların ünsiyyət qurması, o cümlədən fövqəladə hallarda polisə və ya digər xilasedicilərə zəng etməli olduğu şəraitdə mobil telefonun batareyasını boşaldaraq öz istifadəçilərini təhlükəyə atdığını iddia edib. Bununla belə, rəhbərlik bu mövqeni bəyənmir, Facebook-un keçmiş əməkdaşı bildirib.

Hayvardın vəkili Dan Kaiserin sözlərinə görə, insanların əksəriyyəti Facebook və digər sosial media şirkətlərinin bilərəkdən mobil telefonun batareyasını boşaltmağa qadir olduğundan xəbərsizdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar