Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əks-göstəriş sertifikatı almaq istəyənlərin nəzərinə - Video

Bakıda bir qrup şəxs əks-göstəriş sertifikatını almaq istəsə də, problemlə üzləşiblər. Qeydiyyatda olduqları poliklinikalar müəyyən səbəblər göstərərək vətəndaşlara sertifikat verməkdən imtina ediblər.

PİA.az İTV-yə istinadən xəbər verir ki, poliklinikaya bütün hazır sənədlərlə müraciət edənlər arasında mənfi cavab alanlar və həkim tərəfindən kobud rəftarla qarşılaşanlar az deyil.

Ekspertlər də təsdiq edir ki, əks-göstəriş sertifikatının verilməsi prosesində müəyyən nöqsanlar mövcuddur.

Qeyd edək ki, koronavirusla bağlı əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim etməlidir. Hər bir müraciət edən şəxs birinci növbədə poliklinikaya, öz sahə həkiminə getməlidir. Əgər şəxsin ambulator kartında həmin xəstəliyi təsdiq edən göstəricilər varsa, həmin xəstələr protokollaşdırılacaq.

ÜST-ün təqdim etdiyi siyahıda peyvənd vurulması məqbul sayılmayan xəstəliklər var. Əks göstəriş sertifikatı bu şəxslərə verilir:

- COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir maddəyə kəskin allergik reaksiyası olanlar;

- Xroniki xəstəliklərin kəskinləşməsi dövründə

- Hamilə qadınlar;

- Süd verən analar;

- Onkoloji xəstələrin aktiv müalicə aldıqları dövrdə.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar