Çərşənbə, 16 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Əhməd Qəşəmoğlu: "Cəmiyyət onun şəhidinə, qəhrəmanına dil uzadanı heç vaxt bağışlamır"

“Belə hadisələrin əsasən iki səbəbi olur...”

Bir müddət bundan əvvəl Fuad Rəsulzadə adlı gənc şəhid Xudayar Yusifzadə barəsində istehza ilə paylaşım etdiyinə görə sosial şəbəkələrdə linç edilmişdi. Bir neçə gün öncə isə bu hərəkətinə görə həmin gəncin döyüldüyü məlum oldu. Əlbəttə ki, gəncin döyülməsi yaxşı hadisə deyil. Lakin cəmiyyət onun şəhidinə, qəhrəmanına dil uzadanı heç vaxt bağışlamır.

Qeyd edək ki, zaman-zaman sosial şəbəkələrdə hansısa gənclərin bilərəkdən və yaxud bilməyərəkdən bu cür düşüncəsiz paylaşımları ilə rastlaşırıq. Bəs cəmiyyətdə baş verən deqarasiyanın səbəbi nədir?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Belə məsələlərə çox diqqətli yanaşmaq lazımdır. Belə hadisələrin əsasən iki səbəbi var. Birinci səbəb odur ki, cəmiyyətdə mənəvi aşınma gedir və bunun nəticəsində insanlar bu cür gəvəzə, məsuliyyətsizcəsinə danışırlar. Bunun özü cəmiyyət üçün xoş olmayan göstəricidir. Əgər cəmiyyətdə belə gəvəzə adamlar çoxlarısa, mənəvi aşınma baş verir.

İkinci səbəb o ola bilər ki, cəmiyyət günü-gündən mürəkkəbləşib, həssaslaşdıqca, insanların əsəblərində gərginlik artır və psixoloji pozuntular baş verir. Yəni bir var mənəvi aşınma, biri də var ki, psixoloji pozuntular. Bəzən bu cür danışanlara el içərisində “səyləyən” də deyirlər.

Lakin bu iki səbəbdən daha qorxulu bir səbəb var. Məlumdur ki, indiki dövrdə müxtəlif sosioloji, psixoloji texnologiyalar mövcuddur. Başqa bir ölkəyə, xalqa, mənəvi duruma, mədəni sistemə zərərli təsir etmək üçün çox zaman bu cür texnologiyalardan istifadə edilir və s. Bunun üçün də bu məsləyə qarşı çox həssas olmalıyıq. Bəzən bu cür səfeh addımlar kiminsə axmaqlığı ucbatından baş verirsə, bəzi hallarda onun arxasında ciddi qüvvələr dayanır.

Məsələn, görürsən ki, hansısa saf insanı ələ keçirib, onu məqsədlərinə cəlb edirlər. Həmin insan da başlayır ölkəsinin, xalqının mənəviyyatına zərər vuran ifadələr işlətməyə. Misal üçün, başlayır Fizulini tənqid etməyə, lağa qoymağa. O, Fizulini lağa qoyanda düşünmür ki, düşmənə köməklik edir, sadəcə öz-özünə hesab edir ki, camaatın indiyənə qədər deyə bilmədiyini deyir. Təkcə Fizuli deyil, məsələn, şahidi olmuşuq ki, kimsə Şah İsmayıl Xətai haqqında və yaxud insanlar arasında nüfuzu olan, xalqın birləşməsinə, gücünə kömək edən insanlara qarşı kimlərəsə gəvəzə sözlər deyir”.

Sosioloq indiki vaxtda bu cür məsələlərə çox diqqətli yanaşmağın vacib olduğunu bir daha vurğulayıb: “Müharibə yenicə bitirib, şəhidlərimizin qanı hələ qurumayıb, başımızın üstündə yeni təhlükələr fırlanır. Belə bir vaxtda hər zaman şəhidlərimizi, qazilərimizi uca tutmalı, onlara uzanan dillərə qarşı sərt olmalıyıq ki, ölkədə vətənpərvərlik hissi yüksək olsun. Əgər şəhidlərimizə, qazilərimizə qarşı biganə olsaq, insanlarda vətənpərvərlik hissi zəifləyər. Sonuncu hadisə ilə bağlı onu deyə bilərəm ki, əgər indiki zamanda şəhidimizə dil uzadana qarşı biganə yanaşsaydıq, bu qorxulu olardı. Camaat görərdi ki, biganəlik var. Bu, düşmən üçün əlverişli, bizim üçün isə təhlükəli olardı”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Onu əvəzləyəcək kadr yoxdurmu?” - Partiya sədri

Putinin yüksək vəzifə verdiyi nefçalalı general görün kim imiş

Ərdoğan Azərbaycanda - Rəsmi qarşılama mərasimi Şuşada olacaq - Video

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb -  Fotolar, Yenilənib

Yevlax məktəbində biabırçılıq - Başımızın üstünə yazılan yazı ayaqlar altında - Fotofakt

Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər, “Şuşa bəyanatı”... - Video

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyinat olub

“Türkiyəni müdafiə etmək müqəddəs borcumuzdur” - Bayden

Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi

Prezidentin köməkçisi COVID-19 pasportunun əvəzinə arayışın hansı hallarda verilə biləcəyinə aydınlıq gətirib

Ən çox oxunanalar