Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Əhəd Abıyev yenə DTX-yə müraciət etdi – Taksi şirkəti məsələsinə görə

Saytlarda və sosial şəbəklərədə yayımlanmış “Əhəd Abıyev məşhur taksi şirkətini aldı” başlıqlı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, heç bir həqiqətə uyğun olmayan yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.

Bu barədə PİA.az-a Daşkəsən RİH-dən məlumat verilib.

“Birmənalı olaraq bildiririk ki, adı çəkilən taksi şirkətinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur. Bilərəkdən məkrli niyyətlə yayılan şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən həmin yazı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə hesablanıb. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı ilə bağlı ictimai fikri çaşdıran həmin xəbərdəki məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir” – qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

Ata dövlətdən oğurlayır, oğul  “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı...

Perm universitetinə silahlı basqın etmiş Bekmansurovun ayağı amputasiya olundu

Ağdamda müdhiş korrupsiya: İcra başçısı Vaqif Həsənov niyə narahatdır?

Ən çox oxunanalar