Çərşənbə axşamı, 19 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Əgər qadınlar danışıb kişiləri öldürürsə, bəs qadınları kim öldürür?" - Rəşid Mahmudova cavab

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. Belə ki, 2020-ci ildə ölənlərdən 33.567 nəfəri qadın, 42.081 isə kişilər təşkil edir.

Diqqətçəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisi ümumillikdə və bütün yaş qruplarında nisbətən kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq daha da artır.

Statistikadan aydın olur ki, kişilər qadınlardan daha tez ölürlər. Hətta bəzi mütəxəssislər kişilərin tez ölməyinə səbəbinin qadınlar olduğunu deyirlər. Onların qənaətinə görə, qadınlar məişət qayğıları ilə, ələlxüsus da çox danışmaqla kişilərin ömrünü "yeyirlər". Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun da analoji mövqedən çıxış etməsi müzakirələri daha da qızışdırıb.

Maraqldır, kişiləri həqiqətən qadınları “dır-dırı” öldürür? Elədirsə, bəs qadınları kim öldürür?

Xalq artisti Naibə Allahverdiyeva Yenisabah.az-a açıqlamasında deyib ki, əksinə, kişilər qadınların ölümünə səbəb olur:

“Əgər qadınlar danışıb kişiləri öldürürsə, bəs qadınları kim öldürür? Son vaxtlar görürük ki, kişilər qadınların ölümünə səbəb olurlar. Qadınlara zorakıllıq göstərərək qətlə yetirirlər. Kişi durduq yerdə infarkt olub, ölürsə inanmıram ki, onun səbəbi qadınlar olsun. Elə şey ola bilməz”.

Aktrisanın sözlərinə görə, bunu deyənlər öz eyiblərini ört-basdır edirlər:

“Qadın durduğu yerdə deyinməz. Yəqin ki, bunu deyən kişi həkimləridir. Onlar sadəcə olaraq özlərini müdafiə edirlər. Bəzi kişilərin törətdiyi qadın qətlləri, zorakıllıqlar var. Son zamanlar daha çox olur. Bu sözlərlə eyiblərinin üstünü örtməyə çalışırlar ki, kişilər də ölüb. Amma nəzər yetirsək, görərik ki, bu günə qədər nə qədər qadın qətlləri olub. Statistikadan bunu aydın şəkildə görə bilərik. Bu düzgün deyil. Dır-dırla kiş heç vaxt ölməz, yalan söhbətdir. Bu fikirin tam əleyhinəyəm. Heç vaxt da razılaşmaram. Kişini pis vərdişlər, qeyri-sağlam həyat tərzi, siqaret, aarq öldürür. Kişilər qadınları ortaya qoyub, başına dolansınlar. Bizim qadınlarımız çox yaxşıdırlar”.

N.Allahverdiyeva cəmiyyətin mağara psixologiyası ilə yaşadığını qeyd edib:

“Baxmayaraq ki, inkişaf etmiş bir ölkədə yaşayırıq, dünyaya bərabər qanunlarımız var. Buna baxmayaraq, cəmiyyətdə mağara psixologiyası ilə yaşayan adamlar da az deyil. Bu yalan söhbətlərdir. Qadın heç vaxt boş-boş deyinməz. Yəqin kişi özünü normal aparmır, işləmir, ailəsinə baxmır ki, qadın ad deyinir.

Bizim qadınlarımız çox zəhmətkeşdirlər. Azərbaycan qadını həm işləyir, həm uşağına baxır, həm də onun tərbiyəsi ilə məşğul olur. Azərbaycan qadını çox böyük yük daşıyır. Başqa millətlərə baxanda tamam başqa cürdür. Bizim qadınlarımız həm kişi, həm də qadındır. Kişi ailəsinə baxsa, qadına normal münasibət bəsləsə, qadın heç vaxt deyinməz. Mən özümdən götürürəm”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda "Prado" polisi vurub öldürdü - Hadisə anının videosu

Atası Kəramətlə görüşdü, fotosunu paylaşdı - Fotolar

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

Azərbaycanın İrana narkotik ittihamı və alınan cavab... - Özünü geosiyasi dalana soxan Tehran geri addım atır?

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

General-mayorun 8 milyonluq mülkləri – Arvadının, qızının, oğlunun saysız əmlaklarının siyahısı

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

Azərbaycanlı məşhurların 100-340 min manatlıq lüks avtobmobilləri - Video

Nazir iki rayona yeni polis rəisləri təyin etdi - Foto

Ən çox oxunanalar