Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfv Komissiyasının üzvü danışdı: “Böyük Amnistiya aktı imzalanacaq”

“Zəfər günü ilə əlaqədar böyük Amnistiya aktı imzalanacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq-müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bu Amnistiya aktı çox sayda dustağa şamil olunacaq:

“Akta hansı maddələrin düşməsini Milli Məclis qəbul etməlidir. Ona görə də amnistiyanın kimlərə şamil olunacağını qabaqcadan demək çətindir”.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev də Amnistiya aktının imzalanacağı ilə bağlı məlumatdan xəbərdar olduğunu dedi:

“Sonuncu dəfə Amnistiya aktı 2016-cı ildə hörmətli Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Həmin vaxt Mehriban xanım Milli Məclisin deputatı idi. Ümumiyyətlə, son 4 Amnistiya aktı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub. 8 noyabrda biz Vətən müharibəsindəki qələbənin ildönümünü qeyd edəcəyik. Belə bir gün münasibəti ilə Milli Məclis tərəfindən Amnistiya aktının qəbul olunması böyük humanizm olar. Düşünürəm ki, belə bu akt daha geniş təqsirləndirilən və məhkum olunan şəxslərə şamil olunsa, daha yaxşı olar. Çünki bu bizim son 200 ildə əldə etdiyimiz ən böyük qələbədir”.

Əliməmməd Nuriyevin fikirincə, Milli Məclis Amnistiya aktını qəbul edəcək:

“Aktdan hər bir cinayət məculiyyətinə məhkum edilmiş şəxslərə hansısa bir pay düşəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar