Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda “olmaq, yoxsa olmamaq” - ABŞ-ın 20 illik dilemması...

Bu gün ABŞ-ın prezidenti olan Baydenə görə, özü Obama dövründə vitse-prezident olarkən adminstrasiya “Taliban”ı deyil, birbaşa təhdid olaraq gördükləri “Əl-Qaidə”ni hədəf almalı idi...

Cemile Bayraktar
“Şarkul Avsat” qəzeti 18 aprel 2021-ci il

2001-ci ilin oktyabr ayında ABŞ-ın keçmiş prezidenti Buşun Əfqanıstanı terrorizmi dəstəkləməkdə günahlandıraraq işğal etməsindən və “Taliban”la “Əl-Qaidə”ni hədəf almasından düz 20 il ötür. Bu müddətdə ABŞ-ın xarici siyasəti, daha dəqiq desək, Əfqanıstan siyasəti hər zaman terrorla mübarizəyə əsaslandı və əslində, xarici siyasəti münaqişə üzərində quruldu.

11 sentyabr hücumlarının ardınca Buşun “ya bizimləsiniz, ya da onlarla” deyərək bütün dünyanı ayağa qaldırması və ABŞ-a edilən hücumları bütün dünyaya edilmiş kimi göstərməsi ABŞ-ın işğal xarakterli əməliyyatına haqq qazandırmaq məqsədi daşıyırdı. Üstəlik, “terrorizmlə mübarizə” ifadəsinin təsiri ilə “burka taxmağa məcbur olan qadınları azad etmək” kimi əsaslar da irəli sürüldü.

2001-ci ildə ABŞ-ın Əfqanıstana qarşı başlatdığı əməliyyatda əvvəlcə ABŞ-ingilis qüvvələri hərəkətə keçdi, daha sonra NATO başda olmaqla, 18 ölkənin dəstəyi ilə ISAF (Beynəlxalq Təhlükəsizliyə Dəstək Gücü) quruldu və əməliyyatlar davam etdi. ABŞ müharibənin ilk dövründə “Taliban” və “Əl-Qaidə”nin itkilər verməsinə səbəb oldu və Üsamə Bin Laden uzun illərdən sonra şübhəli şəkildə zərərsizləşdirildi. Ancaq müharibə ümumən araşdırıldıqda ABŞ-ın bu illər ərzində ciddi şəkildə iqtisadiyyat, hegemoniya və imic baxımından itkilər verdiyi aydın görünür.

Müharibənin faktiki olaraq başa çatdığı deyilən tarix 2004-cü ilin dekabr ayı idi. Lakin bu tarixdən sonra ABŞ qüvvələri və ISAF birlikləri bölgədə qalmağa davam etdi. Obama dövründən başlayaraq, “Əfqanıstandan geri çəkilirik” açıqlamaları, ABŞ-ın məhv etməyi hədəflədiyi “Taliban”la bir masada əyləşməsi və digər geri çəkilmə vədləri Bayden dövrünə qədər uzanıb getdi. Təbii olaraq, əməliyyatın əvvəlində bu işğalı dəstəkləyənlər də bunun zəruriliyini şübhə altına almağa başladılar.

Ancaq klassik şəkildə, prezidentlərin doktrinaları da ABŞ-ın Əfqanıstandakı 20 illik dövründə öz təsirini göstərdi. Buş dövründə davamlı olaraq müdafiə zəminində hücuma keçilirdi. 2004-cü ildən bəri “Taliban” ölkə daxilində nüfuzunu artırdıqdan və ABŞ-ın eyni dövrdə İraqa hücumundan sonra, Buş administrasiyası 2007-ci ildə Əfqanıstana əlavə 20.000 əsgər göndərməyə qərar verdi. Ancaq Əfqanıstan uğursuzluğu Buşun taleyinə yazılmışdı. Respublikaçılar və Demokratların ABŞ daxilində nadir hallarda razılaşdıqları məsələ isə ABŞ-ın Əfqanıstandakı varlığını qorumaqla bağlı idi.

Əfqanıstan müharibəsindən sonrakı dövrü Buşdan miras alan Obama ABŞ-ın üzləşdiyi iqtisadi problemlər səbəbiylə daha az müdaxiləçi, hətta geri çəkilmək tərəfdarı olan bir təcrid siyasəti axtarışına çıxdı. Ancaq Obamanın Əfqanıstandan tamamilə geri çəkilmə siyasəti yürütdüyünü desək, səhv olar. Obama fərqli bir siyasət izlədi və əsasən, İraqdan çəkilmək siyasətini həyata keçirməyə çalışdı. Müsəlmanların yaşadığı coğrafiyada baş verən müharibə zamanı mülki şəxslərin ölümü və insan hüquqlarının pozulmasının mənfi təsirlərini azaltmaq, ABŞ əleyhinə düşmənçilik yaranmasının qarşısını almaq vəzifəsi Obamanın üstünə qaldı və buna görədir ki, onun ilk olaraq İslam ölkələrinə səfər etməsi, salam verməsi və babasının müsəlman olması tez-tez vurğulanırdı.

Obama administrasiyası Əfqanıstana həyata keçirdiyi ilk əməliyyatda mövcud qüvvələrə əlavə olaraq, 17 min əsgər də göndərməyə qərar vermişdi. Bu gün ABŞ-ın prezidenti olan Baydenə görə, özü Obama dövründə vitse-prezident olarkən adminstrasiya “Taliban”ı deyil, birbaşa təhdid olaraq gördükləri “Əl-Qaidə”ni hədəf almalı idi. Çünki dəstəklənən əfqan rəhbərliyi “Taliban”la döyüşməli, ABŞ isə “Əl-Qaidə”ni təsirsiz hala salmalı idi.

ABŞ, nəhayət Əfqanıstanda daha çox hərbi və maliyyə itkiləri vermək istəmədi. Eyni zamanda, Obama 2009-cu ildə verdiyi açıqlamada 2014-cü ildə Əfqanıstandan geri çəkiləcəklərini açıqladı. Əlbəttə ki, belə bir çəkilmə olmayıb. Obamadan sonra vəzifəyə başlayan Trampın ümumi xarici siyasəti təcrid vəziyyətində idi. O, hətta Suriyadan geri çəkiləcəklərini dediyi halda belə, ilk növbədə Əfqanıstanda qalacaqlarını bəyan etmişdi. Bu gün isə xarici siyasətinə hələ də bir aydınlıq gətirmədiyi deyilən Bayden Əfqanıstandan 2021-ci ilin mayından başlayaraq çıxacağını və bütün qoşunlarını müharibənin 20-ci ili olan 2021-ci ilin sentyabr tarixində Əfqanıstandan çıxaracağını açıqlayıb.

2001-ci ilin oktyabrından 2019-cu ilin avqustunadək olan 18 illik dövrdə ABŞTaliban arasında 8 görüş olub. Obama dövründə “Taliban”la əfqan rəhbərliyi arasındakı barışıq danışıqları 2011, 2012 və 2013-cü illərdə aparılsa da, hamısı nəticəsiz qalmışdı. ABŞ və “Taliban” nümayəndələri 2019-cu ildə Trampın rəhbərliyi altında Dohada görüşdülər. Ancaq bu görüşdən də bir nəticə çıxmadı, çünki həmin vaxt bir terror hücumu baş verdiyi üçün Tramp müqavilənin imzalanmasını təxirə saldı. Bununla birlikdə, ABŞ və “Taliban” arasında 2020-ci ilin fevralında imzalandı. Razılaşma “Taliban” və Kabil hökuməti arasındakı dialoqu artırmağı və 18 illik ABŞ-Taliban müharibəsinə son qoymağı hədəfləyir. Razılaşmaya görə, “Taliban” öhdəliklərə əməl etsə, 14 ay ərzində ABŞNATO birliklərinin hamısını geri çəkəcək.

Daha əvvəl də qeyd etdiyim kimi, ABŞ prezidenti Bayden Əfqanıstandan tamamilə çəkiləcəklərini keçən həftə elan etmişdi. Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 24 aprel - 4 may tarixlərində İstanbulda Əfqanıstan İslam Respublikası ilə Taliban nümayəndələri arasında təşkil edilən bir konfrans olduğu bildirilib. Ancaq “Taliban”ın Siyasi Ofisinin sözçüsü M. N. Vardak xarici qüvvələr ölkədən çəkilmədən Əfqanıstanın heç bir konfransa qatılmayacağını deyib.

Təxminən 20 il sonra müharibənin başladığı günə baxdıqda minlərlə insanın həyatını itirdiyini, Əfqanıstanın normallaşmadığını, terrorun bitmədiyini və hətta yeni terror təşkilatlarının meydana gəldiyini, minlərlə insanın məcburi olaraq köçürüldüyünü və əlil qaldığını, hətta orqan mafiyalarının belə bu müharibədə aktiv olduğunu görə bilərik. Bu dəhşətli mənzərədə bu gün yalnız Baydenin geri çəkilməyə dair üç sətirli çıxışı bu pis mənzərədən daha vacib hala gəlib.

ABŞ Əfqanıstanda uzun müddət qalmaqla onsuz da ölkəyə çox böyük ziyan vurdu, lakin geri çəkilmə qərarının da müsbət nəticə verəcəyi bilinmir. Çünki ABŞ dövlət katibi Blinken xarici qüvvələr Əfqanıstandan geri çəkildikdən sonra yeni bir vətəndaş müharibəsi olmayacağını söyləsə də, düşünülmədən deyilən bu sözlər və hazırlanan hesabatlar “Taliban”ın ölkəni tamamilə ələ keçirmə ehtimalı olduğunu göstərir. “Taliban” indi ən çox sevinən tərəf kimi görünür.

Təxmin edirəm ki, ABŞ Əfqanıstandan tamamilə çəkiləcək və geridə qoyduqları sayəsində Əfqanıstan iqtisadiyyatdan daxili qarşıdurmaya qədər hər sahədə təhlükələrə qarşı çox kövrək və həssas olacaq. ABŞ-ın 20 il əvvəl sonunu heç düşünmədən Əfqanıstana qanlı şəkildə girməsi və yenə sonunu heç düşünmədən geri çəkilməsi növbəti qanlı bir vəziyyəti doğura bilər. ABŞ belə bir ehtimala çox da əhəmiyyət vermir, lakin bəs yerdə qalanlar nə düşünürlər?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar