Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda 1 milyon uşaq aclıqdan ölə bilər

Əfqanıstan əhalisinin yarıdan çoxu 2021-2022-ci illərin qışında "böhran" və ya "ifrat" səviyyədə ərzaq çatışmazlığı yaşayacaq.

Bu barədə məlumat Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatında yer alıb.

Bildirilib ki, quraqlıq, silahlı qarşıdurma, COVID-19 pandemiyası və iqtisadi böhran Əfqanıstanın ərzaq əldə etməsinə mənfi təsir göstərib.

İlin sonunadək kəskin aclıq beş yaşınadək təxminən 3,2 milyon uşağa təsir edə bilər və onlardan təxminən 1 milyonu ehtiyac duyduğu təcili yardımı almazsa ölə bilər.

"İnsanları vədlərlə doyura bilmərik: maliyyə öhdəlikləri real pula çevrilməli və beynəlxalq ictimaiyyət nəzarətdən sürətlə çıxan bu böhranı aradan qaldırmaq üçün birlikdə çalışmalıdır", - deyə WFP-nin icraçı direktoru Devid Bizlei bildirib.

Əfqanıstan əhalisinə yardım göstərmək üçün hər ay təxminən 220 milyon dollar tələb oluna bilər. FAO bu il 3,5 milyondan çox insana yardım edəcəyini və Əfqanıstan xalqının təcili yardım üçün 11,4 milyon dollara və 2022-ci il kənd təsərrüfatı mövsümü üçün 200 milyon dollara ehtiyacı olacağını açıqlayıb.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar