Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏƏSMN: Nazirlik qarşısında aksiya keçirən şəxs müharibə iştirakçısı deyil

“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”.

PİA.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qurum rəsmisi qeyd edib ki, İsmayıl İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib.

"Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün təyinatdan imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib.

Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, Mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar