Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ƏDV-nin ləğvi ərzaq məhsullarında bahalaşmanı önləyə bilər? - Açıqlama

Bizdə problem başqadır...

Millət vəkili Vahid Əhmədov əlavə dəyər vergisinin (ƏDV) ərzaq məhsullarına 1-2 faizlə cəlb olunmasını təklif edib. Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında hər şeyə 18 faiz ƏDV tətbiq etməyin doğru olmadığını, verginin diferensiallaşdırılmalı olduğunu deyib. “Hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarının idxalına gömrük vergisi tətbiq etməməlidir”, - deyə o əlavə edib. Deputat Tahir Mirkişili isə Türkiyədə ƏDV-nin ləğvinin bahalaşmaya təsir etmədiyini, əksinə, dövlətin həmin vergini də itirdiyini vurğulayıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov diqqətə çatdırıb ki, tam şəffaf, rəqabətyönümlü bir bazarda məhsulun üzərindən ƏDV birdən-birə götürülərsə, dərhal 18 faiz ucuzlaşma baş verər:

“Ancaq bu, sadəcə, riyaziyyatda belə olur. Ona görə də mən Tahir müəllimin fikirləri ilə daha çox razıyam. Çünki bizdə problem başqadır. İdxal olunmuş məhsulların invoys qiymətinin üzərinə gələn bütün xərclərdən sonra belə, məhsulda 30-40 faiz həcmində qeyri-müəyyən bir bahalaşma var. Bu, sövdələşmə üzərində yaranmış bir qiymət spredidir (eyni anda hər hansı bir aktivin (səhm, məhsul, valyuta, fyuçers, opsion) satış və alış təklifləri üzrə ən yaxşı qiymətlərin fərqi – red.), qarşısını almaq mümkün deyil”.

Ekspert qeyd edib ki, bu gün istənilən məhsulun Azərbaycana idxalını hesablamaq olar:

“Gömrük rüsumlarını, digər vergiləri, idxal edən şirkətin logistika xərclərini də üzərinə gələndə görürük ki, bəzi məhsulların qiymətində 30-40 faiz qeyri-müəyyən gəlir var. O gəlir hara gedir, kimlər tərəfindən mənimsənilir - araşdırılmalıdır.

Bu gün ən azından yumurta, toyuq, çörək məhsulları ƏDV-dən azaddır, biz onların qiymətində azalma müşahidə edirikmi? Xeyr, əksinə, artım davam edir. Deməli, ƏDV-nin 0 faizə endirilməsi həll yolu olmayacaq. Əgər düşünülməmiş şəkildə biz ƏDV-ni də ləğv edəriksə, o zaman büdcədən əməkhaqqı və təqaüd alan digər sektorlara problem yaradarıq. Beləliklə, büdcə gəlirlərimiz azalar. Yəni bizdə sağlam rəqabət formalaşmasa, qiymətlərin düşməsi mümkün olmayacaq. Həmin qüvvələr 18 faizi də əlavə gəlir kimi istifadə edəcəklər”.

pia.az


Etiket: ƏDV


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Rəhim Rəhimli xəstəxana xərclərini ödəyə bilmirmiş...

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Ən çox oxunanalar