Bazar, 19 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DYMX-nin rəis müavini: “Qarşımızda qoyulan tapşırıq vaxtında yerinə yetirilib” - Video

“Qarşımızda qoyulan tapşırıq vaxtında yerinə yetirilib. Bizim tərəfimizdən tapşırıqların yerinə yetirilməsində heç bir problem yoxdur”.

APA bildirir ki, bunu Türkiyəyə göndərilən Azərbaycanlı yanğınsöndürənlərdən ibarət qrupun nümayəndəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev hazırda hadisə yerində olan əməkdaşımıza deyib.

Rəis müavini bildirib ki, Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, iyulun 30-da FHN-nin 100 nəfər əməkdaşı Türkiyədə yanğınların söndürülməsinə cəlb olunub:

“Biz Marmaris ərazisindəki meşələrdə baş verən yanğınları söndürürük. Yanğın ərazisi çox böyükdür, bizə ayrılan sahə təxminən 20 hektar ərazidir. Hal-hazırda gördüyünüz kimi, artıq heç bir yanğın mənbəyi yoxdur. Bizim qarşımızda qoyulan tapşırıq vaxtında yerinə yetirilib. Havalar çox isti keçir. Burada kölgədə istilik müsbət 45 dərəcəyə çatır. Ona görə də isti hava şəraitində yenidən yanğınlar baş verir. Bizim tərəfimizdən tapşırıqların yerinə yetirilməsində heç bir problem yoxdur”.

Rza Xudiyev onu da deyib ki, Türkiyədə bələdiyyə rəhbərləri və yanğınsöndürənlər tərəfindən də onlara yardım olunur:

“Hal-hazırda biz yanğın texnikasından demək olar ki, istifadə etmirik. Əl üsullarından istifadə olunur. Cənab Prezidentin göstərişi ilə Bakıdan bizə dəstək üçün 250 nəfərlik heyət gəlir. İndi onlar yoldadırlar. Bu axşam onlar artıq Gürcüstandan Türkiyə ərazisinə keçəcəklər. Onlar gəlib çatdıqdan sonra biz daha çox ərazidə yanğının söndürülməsinə qadir olacağıq”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramiz Mehdiyev milyonlarını harada gizlədir? - Xalqa hesabat verən nazir müavininin korrupsiyası haqda araşdırma...

Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - Foto

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib - Video

Sabiq rəisin evindən 1,4 milyon aparmaq istədilər - Planı arvadı qurub?

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədri

Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil” 

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - Açıqlama

İdarə rəisinin evindən 1.4 milyon manat necə oğurlanıb?

Orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir?..

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - Video

Boğazı üzülən şəxs həyata qaytarıldı: Bakıda unikal əməliyyat - Video

Ən çox oxunanalar