Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın gələcəyini kim müəyyən edəcək?

Bayden Amerikanın dünyanı yenidən idarə edəcəyinə dair verdiyi vədə əməl edəcəkmi?..

İmil Emin
“Şarkul Avsat” qəzeti, 16 iyun 2021

ABŞ prezidenti Co Baydenin Avropaya qarşı müsbət istiqamətlərinin yaratdığı mövcud dinamizmə paralel olaraq, yaxın günlərdə G7 zirvəsində aparılan işlər Qərbin demokratik təklifləri və liberallığı ilə dünyaya bir daha rəhbərlik etmək imkanının olduğunu göstərdi. Xüsusilə Rusiyanın dünyanın bir çox yerində siyasi və hərbi gərginliyi artırdığını nəzərə alsaq bunun daha çox mümkün olduğunu deyə bilərik. Üstəlik, iqtisadi cəhətdən indi və yaxın gələcəkdə gözlənilən bir Çin xaosu da var.

Çoxları Qərbin yoxa çıxdığını düşünürdü. Xüsusilə ölümcül virus Covid-19-un dağıdıcı zərbəsindən və “Westfalian” sisteminə məxsus quruluşların dağılmasından sonra. İndiki vəziyyətdə, görəsən, Qərb bir daha dünyanın gələcəyinə qərar verə biləcəkmi?

Gördüyümüzdən daha çox Qərb planlarına sahib olan G7 nəticələrindən başqa, keçən həftə İngiltərə ərazisində keçirilən bu görüşün bir əsas məqsədi var: Qərb hegemoniyası ideyasını canlandırmaq. Amerika əsri layihəsi bu dəfə tərəddüdlə də olsa, Vaşinqtonun Avropaya ehtiyac duyduğunu və ABŞ-ın artıq dünya polisi rolunu oynamamalı olduğunu çox yaxşı başa düşdüyünü ortaya qoydu. Yaxud da ən azından bunu tək etməməli olduğunu anladı. Bayden də bunu İngiltərəyə səfərinin ilk günü etiraf etdi.

Ötən bazar günü xəbər agentlikləri Çinin Londondakı səfirliyindən bir sözçünün verdiyi açıqlamanı yayımlayıblar. Səfirin açıqlamaları belə idi: “Kiçik bir qrup halında olan ölkələrin qlobal qərarları diktə etdiyi günlər artıq geridə qalıb. Hər zaman böyük və kiçik, güclü və zəif, varlı və yoxsul olan bütün ölkələrin bərabər olduğuna və dünya işlərinin bütün ölkələrlə məsləhətləşərək idarə olunmasına inandıq”.

Səfirin bu açıqlaması zirvənin önəmli bir hissəsini Çinlə sərt mübarizəyə həsr edən G7-nin istiqamətləri ilə bağlı Çinin narahatlığını əks etdirir. Qərbin iddiasına görə, Çin beynəlxalq tarazlığı pozmaq və hətta demokratiyanı məhv etmək üçün dünya miqyasında öz istehsal gücündən istifadə edir.

Görünür, pul kimdədirsə, dünyanın taleyini də o müəyyənləşdirir. Buna görə də, G7 liderləri arasında mallarını və məhsullarını bütün dünyaya ucuz qiymətə satan Çinin qarşısını almaq və Avropa və Amerika standartlarına uyğun olaraq insan haqları pozuntularına qarşı bir xətt yaratmaq üçün praktiki və çox sürətli tədbirlər görməyi hədəfləyən açıq bir razılaşma meydana gəldi.

G7 zirvəsindəki danışıqlar zamanı prezident Bayden II Dünya Müharibəsinin başa çatmasından sonra yaralı Avropanı dəstəkləmək cəhdi olan Marşal Planına da işarə edərək həyəcanverici bir tendensiya ortaya qoydu. Prezident Bayden, həmçinin inkişaf etməkdə olan ölkələrə Çinin yeni yol şəbəkəsi, dəmir yolları, limanları və rabitə şəbəkəsindən istifadə etmək məcburiyyətində qalmasına qarşı bir alternativ yaratmaq üçün yüz milyardlarla dollar maliyyə təklif edib.

Vəziyyət onu göstərir ki, ənənəvi Qərb düşüncəsiz Çinin “Bir Kəmər Bir Yol” layihəsinə qarşı qətiyyətli addımlar atır. Bu layihə çərçivəsində Çin inkişaf etməkdə olan ölkələrə borc vermək, ərazilərinə sərmayə qoymaq və Qərbə olan təsirlərini azaltmaq üçün milyardlarla dollar ayırıb. Çin Afrikadan Latın Amerikasına qədər bir çox qitədə öz dəst-xəttini yaradıb. ABŞAvropa Birliyi isə Avropa paytaxtlarının da Çinin pəncəsinə düşəcəyindən qorxur. İtaliya-Çin münasibətləri ilə bağlı ortaya çıxan mənzərə də bu qorxunu dəstəkləyir, baxmayaraq ki, bu əlaqələr Covid-19 virusunun başlamasından əvvəl baş vermişdi.

Vaşinqton qeyd edir ki, dünyanın gələcəyinə qərar verilərkən insan hüquqları şüarları səsləndirmək və demokratiya afişaları qaldırmaq insanların aclığını aradan qaldırmır, əksinə yer üzündə təsirli və uğurlu bir işə ehtiyac var. “New York Times” qəzeti isə Çinin səylərinin İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulması üçün ABŞ-ın həyata keçirdiyi proqramdan üstün olması təhlükəsini vurğulayıb.

Bütün dünya G7 sammitinin layihələrini yaxından izləyir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdəki digər faciələrə əlavə olaraq, hələ tamamilə söndürülməmiş pandemiya problemi ilə bağlı layihələri. Bu, epidemiyanın qarşısını almaq üçün təcili olaraq bir neçə milyard doz vaksinə ehtiyac olduğunu göstərir.

Burası dəqiqdir ki, G7 ölkələri Çin virusun sirrini və mənşəyini aydınlaşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə daha dərindən əməkdaşlıq etməyi rədd etsələr də, onlar dünyada əziyyət çəkən insanlara təqribən milyard doz peyvənd bağışlamaq yolundadırlar. Bu peyvəndlərin də ən azı yarısı ABŞ-a məxsusdur.

Bayden Amerikanın dünyanı yenidən idarə edəcəyinə dair verdiyi vədə əməl edəcəkmi?

Vaşinqtonda “Pew” Araşdırma Mərkəzinin apardığı bir rəy sorğusu avropalı müttəfiqlərin Amerika liderliyinə qarşı inamının açıq şəkildə artdığını, Amerikaya yaxın olan 12 Avropa ölkəsinin Baydenin doğru olanı etmək bacarığına sahib olduğuna inandığını və bu inam nisbətinin 75%-ə çatdığını göstərir.

Dünya ona kimin liderlik edəcəyinə qərar verilmədən əvvəl, pozulan beynəlxalq münasibətləri yenidən qurmaq üçün kritik bir vəziyyətlə üz-üzə qalıb?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Çin G7

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar