Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada polad istehsalı artır

Bu ilin aprel ayında dünyada polad istehsalının həcmi 169,5 milyon ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,3 faiz çoxdur.

PİA.az xəbər verir ki, Dünya Polad Asosiasiyasının (World Steel Association) son hesabatına görə, polad istehsalçısı 10 ən böyük ölkə aşağıdakılardır: Çin (97,85 milyon ton, ötən ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artım), Hindistan (8,3 milyon ton, +152,1 faiz), Yaponiya (7,82 milyon ton, +18,9 faiz), ABŞ (6,9 milyon ton, +43 faiz), Rusiya (6,5 milyon ton, +15,1 faiz), Koreya Respublikası (5,86 milyon ton, +15,4 faiz), Almaniya (3,36 milyon ton, +31,5 faiz), türkiyə (3,29 milyon ton, +46,6 faiz), Braziliya (3,07 milyon ton, +59,3 faiz), İran (2,47 milyon ton, +6,4 faiz).

Həmçinin ilin ötən 4 ayı ərzində 10 ən böyük polad istehsalçısı ölkəsi bunlardır: Çin (374,56 milyon ton, +15,8 faiz), Hindistan (38,25 milyon ton, +26,9 faiz), Yaponiya (31,53 milyon ton, +2,7 faiz), ABŞ (27,29 milyon ton, +2,8 faiz), Rusiya (25,47 milyon ton, +7,1 faiz), Koreya Respublikası (23,45 milyon ton, +6.5 faiz), Almaniya (13,54 milyon ton, +9 faiz), Türkiyə (13,12 milyon ton, +16,9 faiz), Braziliya (11,78 milyon ton, +15,9 faiz), İran (9,97 milyon ton, +9,6 faiz).

Bütövlükdə cari ilin 4 ayı ərzində 64 ölkədə 662,78 milyon ton polad istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,7 faiz çoxdur. 2020-ci ildə isə dünyanın 64 ölkəsi 1,83 milyard ton, yəni əvvəlki ilə nisbətən 0,9 faiz az polad istehsal edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar