Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Dünya Bankı Azərbaycana Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə ildə 300-500 milyon ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.

“Report”a qurumdan bildiriblər ki, Dünya Bankı Qrupunun Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiqlənmiş, müddəti bu il iyunun 30-da başa çatacaq 2021-ci maliyyə ilinədək uzadılmış Ölkə Tərəfdaşlıq Çərçivəsi (CPF) ilə tənzimlənir.

Belə ki, ilkin olaraq 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuş CPF 2020-ci ildə aparılan müvafiq araşdırmadan sonra bir il uzadıldı. Bununla yanaşı, öncül sahələr olaraq dövlət sektoru (idarəçilik və xidmətlər) və iqtisadi rəqabətcillik təsdiqləndi. İqtisadi rəqabətcillik insan kapitalına, infrastruktura, dayanıqlı təsisatlara yatırımlar vasitəsilə ölkənin nef-qaz sənayesindən asılılığını azaltmaq, kənar təsurlərə daha dayanıqlı hala gətirmək kimi strateji hədəflə həmahəngdir.

2015-ci ildən bu yana DB 1,2 milyard dollar həcmində beş yeni sərmayə layihəsinə vəsait ayırıb ki, bunlar arasında TANAP da var. Dünya Bankının Azərbaycanda 2020-2021-ci maliyyə illəri üçün fəaliyyət planı və kreditlər zərfi əvvəlki kimi saxlanıldı. Ötən ilin mart ayında məhkəmə xidmətlərinin inkişafı və ağıllı infrastruktur layihəsi üçün əlavə 50 milyon dollar, habelə məşğulluğa dəstək layihəsi üçün 100 milyon dollar məbləğində kredit ayrılıb.

Həmçinin ölkənin özəl sektorunda da infrastruktur, İKT, FinTech, sosial xidmətlər əsas götürülməklə aparılacaq araşdırmalar COVID-19-dan sonrakı bərpa təşəbbüslərinin hazırlanmasını dəstəkləyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar