Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünayanın ən böyük təhlükəsizlik şirkəti TANAP-a nəzarət edəcək

Qlobal neft və qaz boru kəmərlərində sızma aşkarlama avadanlığı bazarına hakim olan bir neçə iri şirkət yüksək səviyyədə konsolidasiya edilmiş təchizatçıya malikdir.

PİA.az xəbər verir ki, bu barədə “Transparency Market Research”ün (TMR) hesabatında bildirilib.

Məlumata görə, 2015-ci ildə bazarın 35 % -nə sahib olan “Honeywell International Inc.”, “Schneider Electric SE” və “Siemens AG” şirkətləri bu sektorun məşəl daşıyıcılarıdır.

TMR-in aparıcı analitiki bildirib ki, bazardakı ən yaxşı oyunçular biznəslərinin davamlı böyüməsi üçün satınalmalar strategiyalarını hazırlayırlar. Məsələn, "Siemens AG" qaz turbinləri portfelindəki texnoloji boşluğu doldurmaq üçün 2014-cü ildə "Rolls-Royce"un Enerji kompressoru və aviasiya üçün qaz turbinləri bölməsini satın alıb.

Neft-qaz sektorunun genişləndirilməsinə yönəlmək və əsas güclü tərəflərdən yararlanmaq, bu bazardakı şirkətlər tərəfindən qəbul edilən daha bir populyar inkişaf strategiyasıdır. Məsələn, bu yaxınlarda “Honeywell International” şirkəti ilə inteqrasiya edilmiş nəzarət və təhlükəsizlik sistemlərindəki təcrübəsinə görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə müqavilə imzalanıb.

TMR qlobal neft və qaz boru kəmərlərində sızma aşkarlama avadanlığı bazarının 2015-ci ildəki 2,02 milyard ABŞ dollarından 2024-cü ilə qədər 3,65 milyard ABŞ dolları səviyyəsinə qalxacağı təxmin edilir. Orta illik artım 2016-2024-ci illər ərzində 6,8 % səviyyəsində gözlənilir. Texnologiya baxımından kütlə-həcm tarazlığı, əsas seqment hesab olunaraq 2024-cü ilə qədər bazarın 37,4 %-ni təşkil edəcək.

Şimali Amerika hazırda qlobal neft və qaz boru kəmərlərində sızma aşkarlama bazarında lider regional bazardır. Bununla belə, Yaxın Şərq və Afrikanın proqnoz müddətində əhəmiyyətli bir ortamüddətli artım tempi göstərməsi gözlənilir.

Ətraf mühitin mühafizəsi və boru kəməri sızmaları ilə bağlı siyasətlər, qlobal neft və qaz kəmərlərində sızıntı aşkarlama avadanlığı bazarını idarə edən əsas amildir. Çünki keçmişdə baş vermis boru kəməri sızması hadisələrinin, sızıntı sahəsinin bütün flora və faunasını məhv etmə dərəcəsində olmasıdır.

Sızıntı baş verdikdən sonra boru kəməri operatorlarının bir qisminin üzərinə düşən öhdəlikləri, bu bazarı idarə edən digər vacib amildir. Boru kəməri operatorları nəinki kommersiya itkilərinə məruz qalırlar, həm də zərərçəkmiş qurumlara yüksək təzminat ödəmək lazım olur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar