Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX Vasif Talıbovun oğlunu araşdırır

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən istefa verib...

Bu haqda "Gündəlik Naxçıvan"a universitetdəki mənbələr məlumat verib. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğludur. Universitet müəllimlərinin dediyinə görə, Naxçıvanda yoxlamalar başlayandan bəri, Seymur Talıbov universitetdə görünmürmüş. Dekabrın 8-də isə, ərizə yazaraq, vəzifəsindən istefa verib:

“Seymur Talıbov Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində idi. O həm də qeyri-rəsmi olaraq, Universitetə də rəhbərlik edirdi. Öz yaxınlarını universitetlərdə müxtəlif vəzifələrə yerləşdirməklə yığılan rüşvətə bir başa nəzarət edirdi. Qəbulda, imtahanlarda, kəsiri olanlardan yığılan bütün pullar sonda ona çatırdı. Bu günlərdə NDU-da da yoxlamalar başlanıb və bütün bu qanunsuzluqlar üzə çıxıb. İndi deyirlər ki, yığdığını gətir, qoy ortalığa. İstefa verməklə guya iz itirir. Əlində nə var, alacaqlar".

İki həftədən artıqdır ki, DTX Naxçıvandakı dövlət orqanları və özəl müəssisələrdə yoxlamalar aparır. Bu yoxlamalar haqda ictimaiyyətə geniş rəsmi məlumat verilmir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar