Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”...

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans öz işinə başlayıb.

Bu barədə Təhlükəsizlik Şurasından məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak ediblər. Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ulu öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə çıxış edən Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə edib, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. O, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırıb. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirib.

Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün Silahlı Qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.

DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyil etməsi narahatlıq doğuran məqamlardır.

Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bildirib ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülüb.

Konfrans öz işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcək.

pia.az


Etiket: DTX


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar