Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə qaydaları dəyişib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması"nı və "Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması"nı təsdiq edib.

PİA.az bildirir ki, qərara əsasən, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik dövrlər üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonrakı bir ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay qalmış İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

O cümlədən Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat kağız və elektron daşıyıcılarda layihə bitdikdən sonra bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib yarımillik və illik hesabat şəklində kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Nazirlər Kabinetinə təqdim etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar