Çərşənbə axşamı, 31 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qurumları əmək qanunvericiliyini pozur 

Hesablama Palatası niyə göz yumur?...

Bir çox dövlət qurumlarında, xüsusən də nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılır. Lakin qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda, həmin şəxslərə kompensasiya ödənilmir. İşçilər isə işlərini itirmək qorxusundan əmək hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmirlər. Maraqlıdır ki, bu hal Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama aparakən, əməkdaşların davamiyyətini yoxlayır.

Görəsən, Hesablama Palatası belə ciddi qanun pozuntusuna niyə göz yumur?

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bəzi özəl şirkətlərin əməkdaşları qeyri-iş günlərində, şənbə-bazar, hətta bayram günlərində də işə çıxarırlar:


"Razıyam ki, bu dövlət qurumlarında daha çox yayılıb, işçilər şənbə günü günün birinci yarısında işə çıxarırlar. Bunun da tarixi kökləri var. Yəni, əksər rəhbərlər düşünür ki, əsas işin keyfiyyəti deyil, işə çox çıxmaqdır. Əməkdaşlara qarşı sərt davranmaq lazımdır. Qoy işçilər məndən qorxsun, iş yerlərinin qədrini bilsinlər və s. İşçilər doğrudan da iş yerlərini itirməkdən qorxular. Onlara elə gəlir ki, bu iş yerini itirsələr işsiz qalacaqlar, onları başqa quruma götürməyəcəklər. Özəl sektora da getməyə qorxurlar ki, orada sabitlik yoxdur və s. Bu psixoloji bir amildir”.

Məsələnin Hesablama Palatasının hesabatlarına düşməməsinə gəlincə, Əkrəm Həsənov deyir ki, dövlət qurumlarında şənbə günləri işçilərin işə çıxması qeyri-rəsmi qərardır:

"Onların işə çıxması dövlət irdarəsində rəsmiləşdirilmir. Bunun rəsmiləşdirilməsi üçün əmr olmalıdır. Onlara işə çıxıdğı saatların əvəzində ikiqat əmək haqqı verilməlidir. Təbii ki, bütün bunlar heç bir yerdə rəsmiləşdirilmir. Davamiyyət jurnalında bu barədə qeyd yoxdur. Belə olan zaman Hesablama Palatası bunu necə yoxlasın? Bu əsasən özəl sektorda baş verir. Dövlət qurumlarında bunu sübut etmək daha asandır. Çünki orada bir qayda olaraq video kameralar, kart sistemi var. Hesablama Palatası daxili elektron bazanı yoxlamaqla bütün işçilərin qeyri-iş günlərində işə çıxmasını ayrıd edə bilərlər. Hesablama Palatası bir qayda olaraq maliyyə pozuntusu olan idarələrə gəlir. Onlar dövlət qurumunun işçilərinin haqlarını müdafə etmək istəmir, inanmıram ki, onlar buna vaxt sərf eləsin. Amma bunu doğrudan da tələb etmək lazımdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Öpüş səhnəsi ilə gündəm olan aktrisa danışdı

İranın zərbələr qarşısında acizliyi... - Tehranın Hava Hücumundan Müdafiə Sistemi yararsızdır?

Xalq artisti: “Oğlumu snayperlə vuran şəxs fars nümayəndəsi olub” - Video

Nazirlik daha bir ofis icarəyə götürdü - Bu dəfə 1 milyon manata...

İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...

İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi - Video

Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb -  Yenilənib

“SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat: Saxlanılanlar var - Yenilənib

Netanyahu: “Çoxları İranın əsl üzünü gördü”

İranyönümlü yük avtomobili karvanına edilən aviazərbələrin görüntüsü - Foto,Video

İranın yük karvanı İraq-Suriya sərhədində bombalandı

Ən çox oxunanalar