Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun biznes dünyası - Siyahı

Xəbər verdiyimiz kimi Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı Şəhər Regional Miqrasiya İdarəsinin keçmiş rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlunun milyonluq avtomobil kolleksiyasının fotoları yayılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə şəkilləri yayılan bahalı avtomobillər İntiqam Məmmədovun övladı Əhmədli Elgiz İntiqam oğluna məxsus imiş. Elgiz Əhmədli 10 EX 002 dövlət nömrə nişanlı bir neçə avtomobil idarə edir. Həmçinin 99 TZ 555 dövlət nişanlı avtomobillər də rəisin balasınındır. Bildirilir ki, Elgizin maşınları bunlardan ibarətdir:

Mercedes CLS-Class,
BMW X5M Black,
Toyota Land Cruiser,
Porsche Panamera 4S.

Maraqlıdır, bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti haradandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər? Əldə etdiyimiz məlumata görə İntiqam Məmmədov artıq Dövlət Miqrasiya Xidmətindəki vəzifəsindən 3 il əvvəl ayrılıb. Düşünməyin ki, Dövlət Miqrasiya Xidmətini talayıb, yağmalayıb, sonra işdən gedib. Yox, indi o, başqa bir vəzifədə korrupsiyasını davam etdirir.

İntiqam Məmmədov 2018-ci ildən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur, amma illər ərzində o, rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, dövlət qurumunu şəxsi biznesi kimi idarə edir və Prezident qeyd etdiyi kimi, sahibkarların qanını soraraq, onları incitməyə davam edir.

TİA.Az-ın araşdırmasına görə, İntiqam Məmmədov Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini də (onlar həm də kirvədir) idarə edib və onunla şərikdir.

Onların əsas biznes şəbəkəsinə Binəqədi rayonunda yerləşən üçmərtəbəli «Ata» supermarketi, «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsi daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rəşad Mahmudov Eldəniz Səlimov barədə: "...sizi tanıdığıma çox şadam"

Deputatdan Milli Məclisin buraxılacağı barədə açıqlama

Avqust ayında bu bürclər üçün "göydən pul yağacaq"

"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"

Yüksək təzyiq və qan dövranı üçün 1 manatlıq müalicə 

Jirinovski bu dəfə İlham Əliyevi müdrik rəhbər adlandırdı

Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Türkiyədə meşələri PKK ilə əlaqəli marksist kürd terrorçuları yandırıb

Jirinovskidən əcaib sözlər - Niyə mənimlə Putinin adı eyni olmalıdır? 

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Ən çox oxunanalar