Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti maarifləndirici tədbir keçirilib - Fotolar

Dövlət Ekoloji Ekspertiza Agentliyində Sabunçu rayon icra hakimiyyəti rəsmilərinin, bələdiyyə nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin yaşıllıqların monitorinqi, mühafizəsi və onların götürülməsi üçün mövcud prosedurların izahı, həmin qurumların bu sahədə üzərinə düşən öhdəliklərinin müzakirəsi olub.

Görüşdə yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyələr və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması, yaşıllıqların mülkiyyətçilərinin üzərinə düşən vəzifə və öhdəlikər müzakirə olunub. Eyni zamanda, müraciətlərin operativ cavablandırılması və praktikada ortaya çıxan problemlər barədə fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallara cavab verilib.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ərazilərdə mövcud yaşıllıqların mülkiyyətçiləri olan bələdiyyələr, icra hakimiyyəti orqanları tərəfindən ağac və kolların cari vəziyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsinin, xüsusən təhlükə yaradan, xəstə, qurumuş ağacların vaxtında aşkarlanaraq müvafiq tədbirlər görülməsinin vacibliyindən söz açıb.

M.Qənbərov qeyd edib ki, Agentlik tərəfindən mütəmadi olaraq Bakı şəhərində və regionlarda bu cür maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar