Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti: Qərarı Azərbaycan və Ermənistan verəcək

"XİN rəhbərlərinin ikinci görüşünə dair qərarı Azərbaycan və Ermənistan verəcək"...

AzərbaycanErmənistan xarici işlər nazirlərinin bu ay ikinci görüşünün təşkil edilməsi ilə bağlı qərarı hər iki ölkə verəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında xarici işlər nazirlərinin bu ay ikinci görüşünün planlaşdırılması ilə bağlı suala cavabında deyib.

“Biz düşünürük ki, AzərbaycanErmənistan arasında birbaşa əlaqənin davam etdirilməsi yalnız onların deyil, bütün regionun və onun hüdudlarından kənardakıların marağındadır. Biz ikitərəfli, üçtərəfli, çoxtərəfli yardım təklif etmişik və əlbəttə ki, Avropa İttifaqı da vacib rol oynayır”, - Ned Prays bildirib.

O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Vaşinqtona səfərinə də münasibət bildirib.

Ned Prays Hikmət Hacıyevin səfərinin AzərbaycanErmənistan arasında davam edən prosesin bir parçası olması ilə bağlı suala cavabında qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistan rəsmiləri ilə müntəzəm əlaqədədir.

“Bu davam edəcək”, - ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar