Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Dövlət büdcəsi ilə Zabrata qədər gedə bilməyənlər mükafata layiqdir, amma..” 

Aktyor Kamran Ağabalayev incəsənət nümayəndələrinə mükafatların verilməsində qoyulan şərtlərə diqqət edilməməsindən şikayətlənib.

Bu barədə aktyor öz “Facebook” hesabında paylaşım edib.

“İncəsənət nümayəndələrinə verilən mükafatlar hansı kriteriya ilə verilir? Bu, tanış-tunuş, yoxsa dövlət kanalındakı təriflərdən asılıdır? Məsələn, pandemiya dövründə mükafat alan sənətkarlar nə ediblər, harada ediblər, necə ediblər? Elvin Adıgözəlin "Biləsuvar" filmi bir neçə A kateqoriyalı festivalın əsas yarışma bölməsində iştirak edib, Hilal Baydarovun filmi Venesiyada gücünü sınadı... Azərbaycanın adı hallandı hər yerdə, incəsənətimiz qazandı, amma demək ki, Biləcərini keçənlər ölkədə heç kimə maraqlı deyil?”,-deyə Kamran Ağabalayev bildirib.

Sənətçi Avropanın nüfuzlu festivallarında iştirak edənlərin heç bir mükafata layiq görülməməsini məntiqsiz hesab edib:

“Dövlət büdcəsi ilə Zabrata qədər gedə bilməyənlər mükafata layiqdir, amma sərhədləri keçənlər, avropanın nüfuzlu festivallarında iştirak edənlər yox? Adlarını çəkdiklərim nə əmim uşaqlarıdır, nə da dayım, ümumiyyətlə, nə əmim var, nə də dayım! Sadəcə gözlədim bəlkə kimsə nəsə yazar və ya deyər! Amma... İlahi ədalət deyə bir şey var yəqin!”.

Qeyd edək ki, mütəmadi olaraq xeyriyyəçilik məqsədilə sərgilər təşkil edən rəssam Milena Nəbiyeva da bu məsələdə səssiz qalamamağı seçib. O, paylaşıma rəy bildirərək rəssamlar arasında da vəziyyətin ürəkaçan olmadığını diqqətə çatdırıb:

“Eyni sözü rəssamlıq dünyasında da deyə bilərəm, yaxşı rəssamlar qalıb kölgədə, cəmi 5 faizi layiqli ad alıb, qalan hamısı papa, mama, dayı, day-day şotuna!”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Vəhşi qətliam: bir ailədən 7 nəfəri niyə öldürdülər...

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

Ağdamda İran istehsalı olan minaatan mərmiləri aşkarlandı - Foto

Kəmaləddin Heydərov məşhur əsgəri işə götürdü

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Ən çox oxunanalar