Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Din xadimlərimizin susqunluğu yalnız Azərbaycanın düşmənlərinin dəyirmanına su tökür” - Politoloq

Din xadimlərimizin İran ayətulalhları qarşısında bu qədər aciz görüntü sərgiləmələrini necə dəyərləndirmək olar?..

İlqar Vəlizadə: “İranın bəzi nüfuzlu dairələri Azərbaycanın artan nüfuzundan narahatdır. Onlar Azərbaycana dindən istifadə edərək ismarıc göndərirlər”.

“Bütün hallarda din xadimləri öz münasibətlərini, yaxud da icmanın münasibətlərini bu və ya digər şəkildə bildirməlidirlər. Çünki onlar ictimai simalardır”.

Bu sözləri politoloq İlqar Vəlizadə din xadimlərimizin İranın hədəfinə susqunluq nümayiş etdirmələrinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ərdəbil imamı, İranlı Ayətullah Seyid Həsən Amili Azərbaycanı hədələyib. O, cümə namazı xütbəsində deyib ki, çayın o tərəfində Azərbaycan, Türkiyə və Pakistan ordusu təlimlərə başlayıb:“Qoy bizim xüsusi xidmət orqanları onlara öz qüdrətini göstərsin”, deyə ərdəbilli ayətullah əlavə edib.

Görünür Azərbaycanın İran qarşı atdığı addımlardan sonra İran ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amili səviyyəsində Azərbaycaní qorxutmağa çalışır. İranın dini mövzuya girməsi əslində nədən xəbər verir? Digər tərəfdən, bizim din xadimlərinin Amilinin qarşısında susması da artıq müzakirə obyektinə çevrilib. Din xadimlərimizin İran ayətulalhları qarşısında bu qədər aciz görüntü sərgiləmələrini necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Din xadimlərimizin susması başa düşülən deyil”.

Din xadimlərinin aranın sakitləşməsini gözlədiyini düşünən politoloq PİA.az-a bildirib ki, onlar bundan sonra öz sözlərini demək istəyirlər. Amma indiki şəraitdə bu cəmiyyətdə tərəfindən normal qarşılanmır:

İranın bəzi nüfuzlu dairələri Azərbaycanın artan nüfuzundan narahatdır. Onlar Azərbaycana dindən istifadə edərək ismarıc göndərirlər. Həmçinin İran regionda yeni formalaşan üçlükdən də narahadır. İran Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan münasibətlərinin inkişafından narahat olduqlarını gizlətmirlər. Bu proseslərin mərkəzində Azərbaycan durduğuna görə də İranın əsas hədəfi Azərbaycandır.

Azərbaycanda din İrandan fərqli olaraq dövlət idarəetməsində kənarda durur. Amma bütün hallarda din xadimləri öz münasibətlərini, yaxud da icmanın münasibətlərini bu və ya digər şəkildə bildirməlidirlər. Çünki onlar ictimai simalardır. İctimai sima olaraq da Azərbaycan ictimaiyyətinin mövqeyini bildirməlidirlər.

Din xadimlərimizin susması başa düşülən deyil. Düşünürəm ki, din xadimləri aranın sakitləşməsini gözləyir. Onlar bundan sonra öz sözlərini demək istəyirlər. Amma indiki şəraitdə bu cəmiyyətdə tərəfindən normal qarşılanmır. Din xadimlərimizin susqunluğu yalnız Azərbaycanın düşmənlərinin dəyirmanına su tökür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar