Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

DİN ərinin öldürdüyü qadınla bağlı polisin hərəkətsizliyinə dair iddialara cavab verib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakının Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbir görülməməsi ilə əlaqədar hüquqi və rəsmi əsası olmayan iddialara cavab verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Report"a bildirib ki, cari il martın 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.

"Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib", - o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramin Bayramlı ilə bağlı şok faktlar:  Dövlətdən nələr oğurlayıb? - Araşdırma

Samir Şərifov "fövqəlnazir" olmaq istədi, iqtisadiyyatı "tank əleyhinə mina"ya saldı və...

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı: Hərəkət iflic olub

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

“İmkan versinlər, Aİ-95 gətirim, 1 manat 25 qəpiyə satım...” - İqtisadçı

Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?

Benzinin qiyməti qalxır... - Hökumət qiymətin artırılmasına niyə ehtiyac duyur?

Səhər saatlarında nazir Muxtar Babayevə görə hər gün Bakı-Sumqayıt yolunu bağlayırlar?! – Videofakt

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Ən çox oxunanalar