Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən Səfər Mehdiyevin maşınını saxlayan polislərin işdən çıxarılması iddialarına cavab - Yenilənib

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə yayılan məlumatlar əsassızdır”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirilib ki, polis əməkdaşlarının daxili işlər orqanlarında xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

***

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüblər.

Bu barədə Sfera.az məlumat əldə edib.

Qeyd edək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr “Mercedes Gelandewagen” markalı, 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilindən düşərək polis əməkdaşlarına hirslənib.

Səfər Mehdiyev onu saxlayan polisə: “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” - dediyi görünüb. Yol polisi isə ona: “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz”, - cavabını verib.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar