Çərşənbə axşamı, 28 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Diktatorun şıltaq qızı – Çauşesku güllələndikdən sonra Zoya butulka yığıb satıb

1965-ci ildən 1989-cu ilə qədər Rumıniyanın mütləq hakimi olan Nikolae Çauşesku 24 il ərzində ölkəsinə rəhbərlik etsə də, o, öz ailəsində qayda-qanun yarada bilməyib. Düzdür, onun üç övladı, iki oğlu və qızı ali təhsil alıblar, fizika və riyaziyyat üzrə mütəxəssis kimi tanınblar, elm ocaqlarında fəaliyyət göstəriblər, amma ailədə hər şey heç də arzulanan səviyyədə olmayıb. Çauşeskunun və həyat yoldaşının həbs edilib güllələnməsindən sonra isə övladların aqibəti acı sonluqla yekunlaşıb.

Çauşeskunun böyük oğlu Valentin 1948-ci ildə anadan olub. Buxarest Universitetinin fizika fakültəsində, daha sonra isə London İmperiya Kollecində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra Valentin Çauşesku Buxarestdə Atom Fizikası İnstitutunda fəaliyyətə başlayıb. Böyük səlahiyyətlərə sahib olan prezident oğlu siyasətə meyl göstərməyib.

Buna baxmayaraq, atasının təkidi ilə o, Rumıniya Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd olub. Ata Çauşesku gələcəkdə oğlunu böyük siyasətə gətirmək istəsə də, Valentin onun bu arzusunu gerçəkləşdirməyib. Elmi fəaliyyəti ilə yanaşı, Valentin Çauşesku “Styaua” futbol komandasına da rəhbərlik edib.

Valideynləri güllələndikdən sonra, 25 dekabr 1989-cu ildə Valentini həbs ediblər, o, ölkənin iqtisadiyyatına vurduğu ziyana görə ittiham edilib. Rumıniya hökuməti Valentinə qarşı mərhəmət göstərərək 1990-cı ilə onu həbsdən buraxıb. Azadlığa çıxdıqdan sonra Valentin yenidən çalışdığı institutda fəaliyyətini davam etdirib və bu günə qədər də həmin elm müəssisində çalışır. Çauşeskunun övladları arasında elə ən “uğurlusu” Valentin olub.

Diktatorun ikinci övladı, qızı Zoya Çauşesku 1949-cu ildə anadan olub. Buxarest Universitetinin riyaziyyat fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra Rumıniya Akademiyasının Riyaziyyat İnstitutunda işə başlayıb. Zoya Çauşesku atasının hakimiyyətdə olduğu illərdə zəngin həyat tərzi, əyləncələri, qalmaqallı hadisələri ilə yadda qalıb. Valideynləri ilə həmişə konfliktdə olan Zoya hətta dəfələrlə evdən qaçıb ki, bu ictimaiyyət arasında böyük söz-söhbətə səbəb olub. Ölkədə diktatura rejimi yaradan Çauşesku qızının öhdəsindən gələ bilməyib.

Valideynləri güllələndikdən sonra Zoya da həbs edilib. O da ölkə iqtisadiyyatını dağıtmaqda ittiham olunub və qardaşı ilə eyni vaxtda, 1990-cı ildə əfv olunaraq azadlığa buraxılıb. Zoya Çauşesku azadlığa çıxdıqdan sonra səfil həyatı sürüb. O, içkilərin boş şüşə qablarını yığaraq məntəqələrə təhvil verib, əldə etdiyi kiçik məbləği içkiyə və siqaretə xərcləyib. İçkiyə qurşandığına, səfil həyat tərzi sürdüyünə görə heç kim onu işə qəbul etməyib. O cümlədən sabiq prezidentin qızı bütün elmi dərəcələrindən də məhrum edilib. 2006-cı ildə Zoya Çauçesku 57 yaşında xərcəng xəstəliyindən vəfat edib.

Çauşesku varis məsələsində daha çox kiçik oğluna ümid bağlayıb. Niku Çauşesku 1951-ci ildə anadan olub. Buxarest Universitetinin fizika fakültəsində ali təhsil alıb. O, siyasətə Ruıniya Kommunist Gənclər İttifaqının birinci katibi və gənclər naziri kimi gəlib, daha sonra Sibiu rayon partiya komitəsinin katibi olub. Atasının təkidi ilə vəzifələr tutan Niku elə atası qədər də sərt və qəddar olub. Vaxtını daha çox əyləncələrə sərf edən diktator oğlu ixtiyarında olan dövlət büdcəsinin pullarını istədiyi qədər və istədiyi kimi xərcləyib. Atasının prezident olmasından istifadə edən Niku ən yüksək ranqlı dövlət məmurları ilə yüksək tonda danışıb, onları hədələməkdən belə çəkinməyib.

Niku da bacısı kimi valideynləri ilə normal münasibətdə olmayıb, onların arasında konfliktlər səngiməyib. Bəzi məqamlarda isə Niku atasının siyasi fəaliyyətini üzünə qarşı sərt tənqid edib, özünə və bacısına olan valideyn münasibətinin isə qeyri-insani olduğunu bildirib.

Niku Çauşesku da valideynlərinin güllələnməsindən sonra həbs edilib. Amma ona bacı və qardaşlarından fərqli olaraq mərhəmət göstərməyiblər. Niku Çauşesku dövlət vəsaitini mənimsəməkdə, vəzifədən sui-istifadədə, sıravi vətəndaşlara qarşı ədalətsizlikdə ittiham olunub. O, 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Daha sonra onun cəzasını 16 ilə endiriblər.

İki il həbsxana həyatı yaşadıqdan sonra Nikunun səhhətində ölümlə nəticələnə biləcək problemlər yaranıb. 1992-ci ildə həkim komissiyasının rəyi və səhhətində yaranan ciddi problemlərə görə onu azadlığa buraxıblar. Qaraciyər serrozundan əziyyət çəkən Niku Çauşesku 1996-cı ildə, 45 yaşında vəfat edib.

Bir çox diktatorların özləri kimi, övladlarının da aqibəti təxminən oxşardır, acınacaqlıdır, faciəlidir. Qeyd edək ki, Nikolae Şauşeskunun 1989-cu ilin dekabrında arvadı Yelena ilə birlikdə tutub, qısa mühakimədən sonra güllələyiblər.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İntihara cəhd edən direktorun məktəb macərası: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?

Hafiz Hacıyev: "Gülər xanım idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir"

Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq

Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı 

Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib - Yenilənib

Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Yenilənib

Ukrayna ordusu Donbasda uğur qazandı: Rusiya hərbçiləri geri çəkildi

İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”

İlham Əliyev Laçında “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub

Azərbaycanda ilk: Hava yastığı üzərində hərəkət edən yükdaşıyan barj tikildi - Video

Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub

Ən çox oxunanalar