Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DeSantis - Respublikaçıların yeni “Tramp”ı kimdir?

Aralıq seçkilər 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyini deyən keçmiş prezident Donald Tramp üçün sanki, referenduma çevrilib...

ABŞ-da kritik aralıq seçkilərində Respublikaçılar Partiyasının namizədi DeSantis Florida ştatında 20 xalla ikinci müddətə qubernator seçilib. “Yeni Tramp” kimi tanınan DeSantisin 2024-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədliyi üçün Trampa rəqib olacağı deyilir.

Noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri həm Respublikaçılar, həm də Demokratlar üçün gözlənilməz olub. Artan inflyasiya, pisləşən iqtisadiyyat və artan cinayət nisbətlərinə baxmayaraq, ictimaiyyət respublikaçıları gözlədikləri qədər dəstəkləmədi. Nümayəndələr Palatasında əksəriyyət respublikaçılara keçsə də, qeyri-rəsmi nəticələrə görə, respublikaçılar 209, demokratlar isə 191 yer qazanıblar. Hesablama davam etdiyi üçün səs çoxluğu üçün 218 yer lazımdır. Senatda baş-başa yarış davam edir.

Aralıq seçkilər 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyini deyən keçmiş prezident Donald Tramp üçün sanki, referenduma çevrilib. Donald Tramp üçün aralıq seçkilərinin mühüm nəticələrindən biri rəqibini təxminən 20 xal qabaqlayan Respublikaçı Ron DeSantisin Florida ştatının qubernatoru seçilməsi olub. 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından namizədlik yarışında Trampa rəqib olacağı düşünülən DeSantis artıq “yeni Tramp” kimi də xatırlanır.

Trampa qarşı daha gənc və dinamik bir sima olaraq seçilən Ron DeSantisin həyatından diqqət çəkən məqamlar bunlardır:

1978-ci il sentyabrın 14-də Florida ştatının Ceksonvil şəhərində anadan olan Ron DeSantisin 44 yaşı var və üç övladı var.

- Yale Universitetində tarix və Harvardda hüquq təhsili aldıqdan sonra federal prokuror kimi karyerasına başlayıb.

- ABŞ Hərbi Dəniz Qüvvələrində hüquq müşaviri vəzifəsində çalışarkən İraqın Fəllucə şəhərində müharibə cinayətləri törədən amerikalı əsgərlərin müdafiəsini öz üzərinə götürüb.

Tramp kimi...

- O, kampaniyalarında sərhəd təhlükəsizliyinin artırılması, gəlir vergilərinin aşağı salınması, abort hüququnun məhdudlaşdırılması kimi məsələləri önə çəkib. O, iqlim böhranı, pandemiya məhdudiyyətləri və səhiyyə məsələlərini “prioritetlər” kimi sıralamır.

- O, komanda işinə meyli, rəqiblərini öz tərəfinə çəkmək bacarığı, ciddi və ardıcıl görünüşü ilə respublikaçı müşahidəçilər tərəfindən “Trump 2.0 – The new model Tramp” adlandırılır.

- O, 12 il əvvəl Floridada tanınmış keçmiş televiziya aparıcısı Keysi Bleklə evlənib. Keçən mart ayında xərçəng müalicəsini tamamlayan Keysi DeSantisin ən yaxın məsləhətçisidir. Xəstəliyinə baxmayaraq, ərinin bütün verilişlərində iştirak edir, hətta bəzən onun elektron məktublarına belə cavab verir.

Mənbə: hurriyet.com.tr

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar