Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Deputatdan Milli Məclisin buraxılacağı barədə açıqlama

“Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır. Amma yayılan xəbərlərdə bu mövqeni gücləndirən və ya isbat edən arqumentlər göstərilmir və sadəcə ümumi fikirlərə üstünlük verilir. Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərinin önündə həmçinin strukturun daha təkmilləşdirilməsi durur”.

Deputat Vüqar Bayramov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Deputat qeyd edib ki, Azərbaycan Milli Məclisin VI çağırışı eyni zamanda məclisin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yeniləşməsi ilə yadda qaldı: “Aydındır ki, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir. Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artırıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və idarəetmədə səmərəlliyin daha da yüksəlməsi müşahidə olunur”.

V.Bayramovun sözlərinə görə, parlamentin uzunmüddətli fəaliyyəti göstərir ki, Milli Məclisin mövcud say tərkibi və stukturu səmərəli idarəetmə üçün məqbuldur: “Digər tərəfdən, xüsusən son çağrışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının da yüksəlməsi qeydə alınıb. Biz mütəmadi olaraq öz dairəmizdə vətəndaşlar ilə görüşüb onları qayğılandıran məsələləri mərkəzi idarəetmə orqanlarına təqdim edirik, mətbuatda gündəmə gətiririk. Vətən müharibəsi və pandemiya dövründə də millət vəkili kimi fəallığı artırmağa çalışmağımız da məhz Milli Məclis qarşısında müəyyənləşdirilən yeni hədəflərin nəticəsidir”.

Deputat hesab edir ki, bu baxımdan, konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gürcülər də İrandan üz döndərdi – Cənubi Qafqazın qapıları İranın üzünə bağlanır?

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər - Antibiotik, Favipiravir...

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

Akopcanyan: Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək - Video

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - Açıqlama, Foto

Ən çox oxunanalar