Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan cavab: ““Xalqların düşmənçiliyi” adını verək?”

Deputatdan “Xalqlar dostluğu” metrostansiyasının adının dəyişdirilməsini təklif edənlərə cavab: ““Xalqların düşmənçiliyi” adını verək?”

““Xalqlar dostluğu” metrostansiyasının adı Sovet İttifaqından qalıb. Həmin dövrdən qalan bir çox ad var ki, tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi əks etdirən adlardır. Xalqların dostluğu mənəvi dəyərdir. Xalqlar bir-biri ilə dost olmalıdırlar. Sülh, bərabərlik olmalıdır. Düzdür, bəzi kommunistlərin adlarına olan küçələri, meydanları, heykəlləri yığışdırdıq. Çünki onlar tarixi ənənələrimizə zidd idi. Ancaq “Xalqlar dostluğu” dünya üçün vacib olan məfhumdur. Bu adın dəyişdirilməsi üçün nəyi əsas gətirirlər? Xalqlar bir-biri ilə dost olmamalıdırlar? Nə olsun ki, bu ad Sovet dövründə verilib? Bu, bəşəri məqsədlərə, ideyalara xidmət edən addır. Stansiyaya “Xalqların düşmənçiliyi” adını verək?”

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev “Xalqlar dostluğu” metrostansiyasının adının Sovet dövrünə aid olduğu üçün dəyişdirilərək şəhidlərimizdən birinin adının verilməsi təklifinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, şəhidlər əzizdir, doğmadır, müqəddəsdirlər: “Məktəblərə, küçələrə, mədəniyyət mərkəzlərinə və s. yerlərə şəhidlərimizin adı verilir. Əlbəttə, şəhidlərimizin adı əbədiləşdirilməlidir. Bu istiqamətdə də çox ciddi işlər gedir. Ölkə Prezidenti də, dövlətimiz də bunda maraqlıdır. Ancaq bir adın dəyişdirilməsi üçün bilirsiniz nə qədər xərc çəkilməli, nə qədər reklamlar dəyişməli, sənədlərə düzəliş olunmalıdır? Hər deyiləni yerinə yetirsək... Məntiqlə fikirləşmək lazımdır. “Xalqlar dostluğu”nun adının dəyişdirilməsi mənfi emosiyalar yarada bilər. Nə üçün xalqların dostluğunu tərənnüm etməyək? Cənab Prezident çıxışlarında deyir ki, sülh, həmrəylik, dostluq istəyirik. Xalqlar, millətlər, ölkələr, dövlətlər qardaş olmalıdırlar. Sabah başqaları deyəcəklər ki, Azərbaycanda xalqların dostluğunu mənfi yöndə yozurlar və bu adı dəyişiblər. Bu, bizi istəməyən qüvvələrin təklifidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar