Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat yarım milyonluq tender uddu - Kəmaləddin Qafarovun "Azeri Med"i büdcə vəsaitlərini necə "əridir"?

Dövlət Sərhəd Xidməti (DSX) “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdə “zərdab və vaksinlər” (261 699.96 AZN) və “tibbi sərf materialları”nın (180003.89 AZN) satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Azeri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 000 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Famil Rəhimli haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da təbiidir. Çünki o, şirkətin qanuni təmsilçisi olsa da, sahibi deyil. “Azeri Med” QSC-nin sahibi deputat Kəmaləddin Qafarovdur. O, həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunu müavini vəzifəsini daşıyır. “Azeri Med” QSC-nin vaxtaşırı MOM-un milyonluq tenderlərinin qalibi olmasında bu amil mühüm rol oynayır.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, MOM heç bir tender olmadan QSC ilə 43 milyonluq alqı-satqı həyata keçirib.

Araşdırmalar zamanı məlum olur ki, 2019-cu ilin fevral ayında MOM və “Azəri Med” QSC arasında maliyyə dəyəri 10 milyon 200 min manat təşkil edən müqavilə imzalanıb. 2018-ci ilin avqustunda isə sözügedən “tərəfdaşlar” 10 milyon 120 min manatlıq müqavilə bağlayıb.

“Azeri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olduğunu təsdiq edən başqa fakt da var. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır. 6 noyabr 2020-ci ildə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib. Görünür, həmin vaxt ünvan da dəyişdirilib.

Dəyişikliyin 2020-ci ildə edilməsi təsadüfi deyil. Bu dəyişikliyə qədər növbədənkənar parlament seçkiləri keçirilib və Kəmaləddin Qafarov deputat mandatı qazanıb. Deputat olduqdan sonra onun sahibi olduğu şirkətlər, o cümlədən “Azeri Med” QSC diqqət mərkəzinə gəlib. QSC-nin 2020-ci ildə qalib gəldiyi tenderlərlə bağlı araşdırma yazılarında şirkətin Kəmaləddin Qafarova məxsus olması həm də yuxarıda qeyd etdiyimiz hüquqi ünvanla əsaslandırılıb. Bu da deputatı şirkətin hüquqi ünvanını dəyişməyə məcbur edə bilər. Çünki qanunvericilikdə deputatın biznes fəaliyyətilə məşğul olması yasaqdır.

Mediada yayılan məlumatlara görə, “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” şirkətləri də Kəmaləddin Qafarovun idarəçiliyindədir.(Hit.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar