Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

"Profilaktik söhbətlərdə" deputat Ülvi Quliyevin oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.

PİA.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb. Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb:

“Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.

Mənə çatan məlumata görə “profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.

Qeyd edək ki, Orxan Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.

https://cinando.com/…/rubicon_production_132630/Detail

Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı.

O zaman İngiltərənin məşhur “İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri “High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim etmişdi.
https://www.independent.co.uk/…/miss-ussr-beauty….

O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond “The Independent”ə bildirmişdi ki, “bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir”.

Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı “Caviar House”nin adı çəkilib.

Fotolar

pia.az

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elçin Babayevin həyat yoldaşı: "Yaxşı və dəyərli həkimlərin reklama ehtiyacı yoxdur!"

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib - Yenilənib

Banklar niyə dollar satmır? - Əkrəm Həsənovdan şərh

Zakir Qaralov Azərbaycanı birdəfəlik tərk edib? – İddia

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb - Yenilənib

Nazarbayev: "Hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi"

İlham Əliyevin ABŞ-a qarşı irəli sürdüyü ittihamların pərdəarxası məqamları....

İlham Əliyev Putinlə Qazaxıstan, Ukrayna və Qarabağı müzakirə edib

“Ümid” partiyasının ümidləri Avropa İnsan Haqları Məhkəməsində doğrulmadı?

Müharibə astanasında: Rusiya diplomatlarını təxliyə edir

Dərslikdə 20 yanvar rəzaləti: Təhsil Nazirliyi hara baxır? - Foto

Ən çox oxunanalar