Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

“Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi? Yəqin ki, düzgün, normal tərbiyə alıbsa, bu, mümkün deyil. İstənilən məsələyə hər hansı formadan yanaşma olur. Oğlum Turan Məmmədovun sosial şəbəkədə əvvəlki yazılarını da izləsəniz, görərsiniz ki, o, xaricdə oturub başqalarının vəsaiti hesabına Azərbaycan əleyhinə qarayaxma edənlərə qarşı da münasibət bildirib. Hətta öz içimizdə xoşagəlməz danışanlara qarşı da öz fikirlərini yazıb. Turan Məmmədov dövlətimizin mənafeyi, inkişafı üçün, ermənilərin törətdikləri hadisələrlə bağlı hər zaman əlindən gələni edib, bu gün də edəcək. Ola bilsin, bu məsələdə hansısa yanlışlıq, kiminsə qərəzli yanaşması var. Bunu deyə bilmərəm. Kaş özünüz oğlumla görüşüb danışasınız, düşüncələrini dinləyəsiniz. Sonra qərar verəsiniz ki, o adam belə bir addım ata bilər, ya yox”.

Bu sözləri Pravda.az-a deputat Aqil Məmmədov oğlu Turan Məmmədovun müxalifyönümlü olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“Bizim nəslimiz, kökümüz, ailə üzvlərim, hamımız Heydər Əliyev siyasəsitinə bu günə qədər sadiq olmuşuq. Bu gün də Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətini dəstəkləyib, ətrafında sıx birləşmişik. Başqa heç bir münasibət, mövqe ola bilməz. Bu siyasətin alternativi yoxdur. Həmişə bu cür bilmişik. Uşaqlıqdan Heydər Əliyev sözü, kəlamı mənim qəlbimə, ruhuma elə oturub ki... Övladlarımın da həmçinin. Sabah yaşlanıb pensiyaya çıxsam da, mövqeyimiz bundan ibarətdir və belə də olacaq. Turan Məmmədov uzun müddət Türkiyədə yaşayıb. Çox qısa müddətdir, Azərbaycandadır. Sosial şəbəkədəki paylaşımları ilə əlaqədar mövqeyimizi özünə bildirdik. Həmin paylaşımları silib. Dedi ki, ola bilsin, səhv anlamışam, bilməmişəm Bəxtiyar Hacıyev, İlkin Rüstəmzadə kimdir. Gəncdir, ola bilər, hansısa paylaşımı edib, sonradan səhv olduğunu gördü. Anladı ki, onlar hansı mövqedədirlər. Ona görə də həmin yazıları səhifəsindən tamamilə sildi, başa düşdü ki, belə addım atmaq olmaz”, - deputat qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar