Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Səfirliyimizə qarşı terror İranın Azərbaycan reallıqlarını qəbul etməməsi ilə əlaqədardır”

“Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır”...

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Naqif Həmzəyev deyib ki, 21-ci əsrdə xüsusən diplomatik nümayəndəliyə, səfirliyə qarşı belə cinayət bağışlanılmazdır və bu cinayətin arxasında duranlar tapılmalı, cəzalarını almalıdırlar: “Bu terror nəticəsində şəhidimiz, yaralılarımız var. Allah şəhidimizə rəhmət etsin, yaralılara da şəfa diləyirəm. Qəhrəman hüquq-mühafizə orqanlarımızın əməkdaşlarının şücaəti nəticəsində daha böyük itkilərin, daha böyük faciə baş verməsinin qarşısı alınıb, digər diplomatlarımızın həyatı xilas edilib. Amma təəssüflər olsun ki, Tehranda Azərbaycan səfirliyinin və səfirlik ətrafındakı ərazinin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyan İran hakimiyyəti hələ də bu məsuliyyəti dərk etmir və yalan, həqiqəti əks etdirməyən ssenarilər üzərində dururlar. Hətta bu terroru törətmiş cinayətkarı efirə çıxararaq müəyyən dərəcədə hadisənin başqa məcrada baş verməsini isbat etmək istəyirlər. Görünən odur ki, bu hadisənin arxasında duran terror təşkilatları bu və ya digər formada İran xüsusi xidmət orqanları ilə əlaqəlidir, törədilən terror hadisəsi ilə Azərbaycana müəyyən mesajlar vermək istəyirlər”.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi dönəmində də İran tərəfindən gözləmədiyimiz hərəkətlərin şahidi olmuşduq: “İran erməni bacılarının maraqlarından çıxış edir, Azərbaycanın torpaqlarını azad etməsini qəbul edə bilmirdi. Son 2 ildə də buna bənzər fikirlərin, sərsəm açıqlamaların şahidi olduq. Ancaq Azərbaycan regionda yeni reallıqlar yaradıb, 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan qonşuları ilə səmimi, uzunmüddətli xoş tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Amma təəssüflər olsun ki, ErmənistanErmənistanın havadarları bu səmimiyyətə eyni cavab vermirlər, bizə arxadan zərbə vurmağa çalışmaqla həmişə xəyanət edirlər. Düşünürəm ki, bu terror hadisəsi də müəyyən dərəcədə İranın Azərbaycan reallıqlarını qəbul etməməsi ilə əlaqədardır. Çünki ötən illərdə səfirliklərimizə qarşı hücumlarda da İrana bağlı qüvvələr iştirak edirdilər. Çox təəssüflər olsun ki, biz 2023-cü ildə Tehranda bu hadisələrin daha ağır versiyasının şahidi olduq, səfirliyimizə qarşı terror aktı törədildi. Bununla yanaşı, Azərbaycanın İsraillə yaxın münasibətlərini də İran qəbul edə bilmir. Hərçənd ki, biz beynəlxalq hüquqa və konvensiyalar söykənərək beynəlxalq hüquqa hörmətlə yanaşan BMT-yə üzv bütün dövlətlərlə əməkdaşlıq edirik. İrana münasibətdə də Azərbaycan həmişə səmimi qonşuluq münasibətlərindən çıxış edib, ərazisindən İrana qarşı istifadəyə icazə verməyib, sanksiyalara qoşulmayıb. İran bu terror hadisəsində əlinin olmamasını sübut etmək istəyirsə, səmimi olmalı, terror aktının araşdırılmasına Azərbaycan tədqiqatçılarını, xüsusi xidmət orqanlarının əməkdaşlarını cəlb etməlidir. Azərbaycan araşdırma prosesində iştirak etməli, cinayətkarlar cəzalarını almalıdırlar”.

Naqif Həmzəyev nəzərə çatdırıb ki, hazırda İran tərəfi Azərbaycan səfirliyinin və diplomatlarımızın təhlükəsizliyi ilə bağlı zəmanət verməyib: “Biz maksimum dərəcədə ehtiyatlı olmalıyıq. İran tərəfi də anlamalıdır ki, Azərbaycana qarşı törədilən bu terror hadisəsində İranın birbaşa iştirakı sübut olunarsa, orada 40 milyon Azərbaycan türkü yaşayır. Həmin Azərbaycan türkləri bu terroru heç vaxt bağışlamayacaqlar. Azərbaycan dövləti sözsüz ki, şəhidinin qanının yerdə qalmasına imkan verməyəcək. Bununla yanaşı, həmin ölkədəki 40 milyon Azərbaycan türkü də bu terroru törədənləri bağışlamayacaq. Cinayətkarlar öz cəzalarını almalıdırlar”.

Deputat qeyd edib ki, Azərbaycanda zaman-zaman iranpərəst, fars rejiminə qulluq edən qüvvələrin ifşası ilə bağlı əməliyyatlar keçirilib: “Hazırda da bu əməliyyatlar davam etdirilir. Çünki heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa, ölkəmizdə narkoticarətlə məşğul olmağa, yaxud azərbaycanlı gənclərin beyinlərini yuyub onları radikal cərəyanlara cəlb etməyə haqqı çatmır”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar