Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq yaşayış məntəqələrimiz yenidən qurulacaq

Azərbaycan ərazisində hələ qədim dövrlərdən şəhər mədəniyyəti inkişaf etmişdir. Bir ölkənin ki qədim şəhərlərinin yaşı 5000 ilə yaxındır, deməli ki, o ölkənin müasir tarixində də şəhərlər yüksək sürətlə inkişafdadır. Qədim dövrlərdən bu günə qədər Naxçıvan, Qəbələ, Bərdə, Qazaka, Bəcirəvan, Xunə, Şəhriyar, Mahmudabad, Təbriz, Ərdəbil, Sərab, Bakı, Şamaxı, Gəncə, Şuşa, Şəki, Dərbənd və sair şəhərlər tarixin çətin sınaqları ilə üz-üzə gəlmişdilər. Qeyd edim ki qədim şəhərlərimizin əksəriyyəti bu günlərdə də keçmişin onlar üzərində qoyduğu acı izləri qoruyub saxlamışdılar.

Şəhərlərimizdən Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmiş Şuşa şəhəri 2020-ci ildə xalqımızın qəhrəman övladlarının döyüş bacarığı sayəsində düşməndən azad edilmişdir. Təsadüfi deyil ki, 2022-ci il "Şuşa ili" elan edilmişdir. 2022-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvliyinin 30 illiyi tamam olmuşdur. Bu münasibətlə mədəniyyətimizin paytaxtı olan Şuşada Birləşmiş Millətlər Təşkilatı qurumlarının iştirakı ilə, "Dayanıqlı inkişaf" məqsədlərinə həsr edilmiş mühüm tədbir keçirilmişdir. 2030-cu ilə qədər "Yeni şəhər gündəliyi", şəhər əhalisinin say tərkibinin artırılması, şəhərlərdə sənaye sahələrinin artırılması üçün müəyyən işlər görülməlidir.

Qədim tarixə malik olan paytaxt Bakımız bu gün üçün dünyanın inkişaf etmiş şəhərləri sırasındadır. Şəhəri gözəl edən xüsusiyyətlərindən biri odur ki, müasir tələblərə uyğun inkişaf etsə də qədimliyini qoruyub saxlaya bilmişdir.
Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad olunması "Dayanıqlı şəhər inkişafı" üçün daha böyük dəyər kəsb edir. Torpaqlarımız işğalda olduğu illər ərzində erməni vandalları şəhər və kəndlərimizi xarabazara çevirərək, demək olar ki, bütün tarixi abidələrimizi məhv etmişdilər. Xarici jurnalistlər Qeyri Hökumət Təşkilatının nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı erməni vəhşiliyinin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişdilər.

Azərbaycan xalqı sülhsevər xalqdır. Bu səbəbdən də Ermənistan ilə sülh müqaviləsi imzalamaq istəyir. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfi Ermənistan tərəfə 5 əsas prinsip irəli sürmüşdür. İrəli sürülən prinsiplər Ermənistan tərəfdən qəbul edilmişdir.

Məlum məsələdir ki, 30 il işğalda qalan ərazilər ermənilər tərəfindən minalanmışdır. Bu səbəbdən də işğaldan azad olunmuş ərazilər ilk növbədə minalardan təmizlənməli, şəhər və kəndlər yenidən qurulmalıdır. İşğal edilən torpaqlardan məcburi köçkün düşmüş insanlar öz yurdlarına qayıtmalıdırlar. Məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. 2022-ci ilin may ayında kəndin ilk sakinləri doğma torpaqlarına köçürülüblər. Dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq digər yaşayış məntəqələrimiz də yenidən qurulacaq. Qeyd edim ki, bütün yenidənqurma işləri Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.

İşğaldan azad olunmuş Füzuli şəhərində artıq hava limanı inşa edilib, ZəngilanLaçın rayonlarında da hava limanlarının tikintisi aparılır.
Artıq işğaldan azad olunmuş şəhərlərin baş planı işlənib hazırlanıb. İlk olaraq da Şuşa şəhərinin. Ona görə ki, şəhərdə tarixi memarlıq abidələri qorunub saxlanmaq şərti ilə tikinti-bərpa işləri aparılmalıdır. Daha sonra Ağdam, Zəngilan, Fizuli və digər şəhərlərdə tikinti-bərpa işləri aparılacaq. Əsas məqsədimiz təhlükəsiz, dözümlü və dayanıqlı şəhəri onun təbiətə inteqrasiyası, park şəhərinə çevrilməsi ilə inşa edilməsidir.

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma sahəsində bizə olan beynəlxalq dəstək yüksək əhəmiyyət kəsb edir. Belə olduğu halda Azərbaycan xalqı tək olmadığını düşünərək gələcəyə daha inamla bağlanacaqdır. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad edilmiş bir neçə rayonda bərpa və yenidənqurma işlərini birgə həyata keçirəcəkdir.

Ümumi götürdükdə Azərbaycan xalqı zaman-zaman işğalçı dövlətlərin təzyiqinə məruz qalıb (Səbəb də torpaqlarımızın sərvətli olması və əlverişli coğrafi mövqedə yerləşməsidir). Dəfələrlə torpaqlarımız talan edilib, şəhərlərimiz xarabazara çevrilib. Lakin Azərbaycan xalqının öz əzmkarlığı sayəsində bütün işğalçılar torpaqlarımızdan qovulub. Ötən əsrdə 2 dəfə müstəqillik qazanan xalq yeni əsrdə də öz naliyyətlərini davam etdirir. 2030-cu ilə qədər Azərbaycan ərazisində abadlaşdırılmamış yaşayış məntəqəsi, şəhər qalmayacaq. Bütün bunların əldə edilməsi üçün Azərbaycan xalqı və xalqın sevimli lideri İlham Əliyev birlikdə fəaliyyətdədir. Azərbaycan xalqı azad, firavan yaşamağa layiq olan xalqdır.

Zərifə Cəbiyevə, Xırdalan 3 saylı məktəbin tarix müəllimi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar