Davos Forumu mayda keçiriləcək.
PİA.az-ın xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun saytında məlumat verilib.
Bildirilib ki, “Birgə işləmək, etimadın bərpası” mövzusunda illik yığıncaq mayın 22-dən 26-dək İsveçrənin Davos-Klosters şəhərində keçiriləcək.
Forumun gündəliyindəki mövzulara pandemiyadan sonrakı bərpa, iqlim dəyişikliyi ilə mübarizə, iş üçün daha yaxşı gələcək qurmaq, Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadə daxildir.
pia.az