Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəymiş ərazilərə baxış keçirilib - Foto

Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəymiş ərazilərə baxış keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, bu ilin iyun ayının 10-da və 24-də Daşkəsən rayonuna yağmış dolu ilə müşayiət olunan intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə, avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. Sel suları Çanaqçı kəndində 1 körpünü, Alaxançallı kəndində isə 4 körpünü tamamilə dağıdıb, 3 avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Rayon Fövqəladə Hallar Komissiyası leysan, dolu və subasmanın vurduğu ziyanların aidiyyəti qurumlarla birgə vaxtında aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib. “Azərİşıq” ASC elektriklə bağlı ərazidə yaranmış problemləri qısa müddət ərzində tam aradan qaldırıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çanaqçı kəndində 1 ədəd körpünün tikintisi işlərini davam etdirir.

Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində fərdi yaşayış evlərinə, evlərin dam örtüklərinə, o cümlədən sosial obyektlərə dəymiş ziyanların qiymətləndirilməsi və hesablanması məqsədilə iyunun 29-da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonuna ezam gələrək rayon FHK-nin üzvləri ilə birgə təbii fəlakət baş vermiş kəndlərdə vizual baxış keçiriblər. Dağıdıcı gücə malik təbii fəlakətdən ziyan çəkmiş sakinlərin hər birinin fərdi yaşayış evlərinə baş çəkilərək yerində akt tərtib olunub.

Güclü dağıdıcı təbii fəlakətdən ziyan çəkmiş Daşkəsən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Habelə onların çağırışlarına hər zaman həssas münasibət göstərən Fövqəladə Hallar Nazirliyinə və şəxsən nazir hörmətli Kəmaləddin Heydərova təşəkkür ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar