Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

Yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yarandığı və vəziyyətinin ağırlaşdığına dair məlumat yayılıb. Onun yeriməkdə və danışmaqda çətinlik çəkdiyi vurğulanıb.

Məsələ ilə bağlı Modern.az-ın telefon zəngini çox gümrah səslə cavablandıran yazıçı hər şeyin qaydasında olduğunu deyib:

“Mən yaxşıyam, kim nə yazır, nə uydurur, özü bilər. Mən əminəm ki, bu, bəzi jurnalistlərin təxəyyülünün məhsuludur”.

Əlavə deyəcək sözü olmadığını bildirən Ə. Əylisli bununla belə, hər kəsə can sağlığı arzulayıb.

Qeyd edək ki,1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olan Əkrəm Nəcəf oğlu Naibov-Əylisli uzunmüddətli fəaliyyətinə görə Xalq yazıçısı fəxri adına layiq görülmüş, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.

Erməni saxtakarlığına şərik olan “Daş yuxular” romanının Rusiyada dərcindən sonra Əkrəm Əylislinin heç də bu xalqın yazıçısı olmadığı bildirildi. Böyük rezonans doğuran əsərdən sonra ictimai fikri əsas götürən Prezident İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və “xalq yazıçısı” fəxri adından məhrum edilib, ordenləri geri alınıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Vəhşi qətliam: bir ailədən 7 nəfəri niyə öldürdülər...

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Ağdamda İran istehsalı olan minaatan mərmiləri aşkarlandı - Foto

Ən çox oxunanalar